vaxtlı-vaxtında oxuyun! Cümə, 29 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
22:47 | 12 noyabr 2017 | Bazar Məqaləyə 1853 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

... Amma bir şərtlə

Səudiyyə qadınlarına stadionlara gəlmək icazəsi verildi, ...

MÖVZU İLƏ ƏLAQƏLİ

«The İndependent» yazır ki, Səudiyyə Ərəbistanı gender seqreqasiyasını azaltmaq istiqamətində daha bir addım atıb. Krallıq qadınların idman stadionlarına daxil olmasına icazə verildiyini rəsmən bəyan edib.

Onların idman yarışlarına tamaşa etməsinə icazə veriləcək, lakin qadınlar stadionların «ailə sektorunda» oturacaqlar.

Baş İdman İdarəsi bildirib ki, bu qayda gələn ildən qüvvəyə minəcək.

Bu da bildirilir ki, ailə sektorunda yaxın qohumlarının müşayiəti və ya təkbaşına gələn qadınlar otura biləcəklər.

Səudiyyədəki bir çox kafe və restoranların da bu qaydada cinsi seqreqasiya bölmələri var.

Hakimiyyət orqanları bunu da bildiriblər ki, paytaxt Ər-Riyadda, habelə Ciddə və Dammam şəhərlərində üç stadion sektorların ayrılması üçün yenidən qurulacaq.

Bu bəyanatdan əvvəl ictimaiyyəti qadınlara maşın sürmək icazəsinin verilməsi sevindirmişdi.

Bu böyük ictimai islahatların arxasında qüdrətli vəliəhd şahzadə Məhəmməd bin Salman dayanır.

Bir çox səudlar ötən milli bayram vaxtı qadınların Riyad stadionuna buraxılması qərarını da alqışlamışdılar.

«The Independent» yazır ki, qadınların stadionlara buraxılmasının böyük iqtisadi faydası da olacaq, beləki tamaşaçılaın sayı potensial olaraq iki dəfə artacaq.

Vəliəhdin «2030-a baxış» adlı proqramında krallığın bir çox ultra-mühafizəkar qaydalarının dəyişdirilməsi və yumşaldılması nəzərdə tutulub.

Bu dəyişikliklər qadın əməkçilərin sayını 20-30 faiz artırmalıdır.

Kampaniyaçılar uzun illərdən bəridir ki, qadınlara qəyyumluq qaydasının ləğvinə çalışırlar. Bu qaydaya görə qadınlar təhsilə, səyahətə və ya hər hansı başqa yerə gedərkən onları bir nəfər kişi qohumu - ataları, ərləri və ya qardaşları müşayiət etməlidirlər.

İki il əvvəl bir səudiyyəli qadın Ciddədəki əl-Cavhara stadionuna təkbaşına getdiyinə görə həbs edilmişdi. Polis bildirmişdi ki, qadın stadiona şalvar geyinərək və qiyafəsini dəyişərək gəlmişdi.

Səudiyyə Ərəbistanında qadınların uzun əba geyinməsi saçlarını və üzlərini örtməsi qaydası mövcuddur.

Uzun illər ərində bu qaydadan yalnız xarici qadınlar üçün istisnalar edilirdi.

2015-ci ildə bir avstraliyalı qadına «Western Sydney Wanderers» futbol klubunun matçına tamaşa etmək icazəsi verilmişdi.

Bundan başqa ABŞ Konqresinin nümayəndə heyəti üzvlərinin xanımlarına Ər-Riyadda keçirilən bir matça baxmaq üçün imkan yaradılmışdı.