ABŞ danışıq istəmir
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
14:41 | 12 oktyabr 2022 | Çərşənbə
Məqaləyə 1517 dəfə baxılıb
Şriftin ölçüsü
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Çin ABŞ konsulluğunun təhlükəsizlik xəbərdarlığına etiraz etdi
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
Ankara–İslamabad xətti...
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
Ümumi rəqəmlərə baxıldıqda Vaşinqtonun üstünlüyü hələ də qalır
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
Prezident Co Bayden çərşənbə axşamı deyib ki, Səudiyyə Ərəbistanı Ər-Riyadın başçılıq etdiyi OPEC+ alyansının hasilatı kəsmək qərarına görə “bədəllər”lə üzləşəcək. Demokrat qanunvericilər isə səudiyyəlilərıə əməkdaşlığı dondurmağa çağırırlar.
Bayden yaxında tədbir görəcəyinə işarə edib, onun yardımçıları administrasiyanın neft hasilatının azaldılması fonunda krallıqla münasibətlərini yenidən dəyərləndirdiyini bildirib. Ağ Ev rəsmiləri hasilatın kəsilməsinin OPEC+ üzvü Rusiyaya Ukraynada səkkiz aydır apardığı müharibəsini davam etdirdiyi bir vaxt xəzinəsini doldurmağa yardım edəcək.
Koloradodan Demokrat senator Riçard Blumental və Kaliforniyadan nümayəndə Ro Xanna ABŞ-ın Səudiyyə Ərəbistanına bir il müddətində silah satışını dayandıracaq qanun layihəsini təqdim edib. Bu qanun layihəsi ilə həmçinin ehtiyat və təmir hissələrinin, dəstək xidmətlərinin və logistik dəstəyin satışını dayandırılacaq.
Ancaq Baydenin Yaxın Şərqdə mühüm, lakin mürəkkəb müttəfiqi olan səudiyyəlilərə qarşı narazılığını göstərmək üçün nə qədər irəli getməyə hazır olduğu hələ ki, bəlli deyil. Bayden vəzifəyə gəldiyində Səudiyyə Ərəbistanda insan hüquqları vəziyyəti səbəbilə ABŞ-ın həmin ölkə ilə münasibətlərini yenidən nəzərdın keçirəcəyini vəd etmişdi, ancaq daha sonra bu ilin əvvəlində krallığa səfər etdi.
Bayden CNN-ə müsahibəsində bildirib ki, o, Konqreslə növbəti addımlarla bağlı məsləhətləşəcək, amma Demokrat qanunvericilərin silah satışını dayandırmaq çağırışını dəstəkləməyib.
“Onların Rusiya ilə etdiklərinin bəzi bədəlləri olacaq”, – Bayden deyib. “Mən ağlımda nəyin olduğuna, nəyi nəzərdən keçirdiyimi deməyəcəm. Amma bədəllər olacaq.”
Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbinin sözlərinə görə, Bayden inanır ki, “bu münasibəti nəzərdən keçirib, onun bizim milli təhlükəsizlik maraqlarımıza xidmət etdiyindən əmin olmaq vaxtıdır”.
Mətbuat katibi Karin Jan-Pyer çərşənbə axşamı deyib ki, Ağ Ev münasibətlərin nəzərdən keçirilməsi üçün nə bir vaxt müəyyən edib, nə prezident də bunun üçün müşavir təyin edib.
Bu arada isə rəsmilər Səudiyyə Ərəbistanın Yaxın Şərqdəki daha geniş milli təhükəsizlik narhatlıqlarının həllində mərkəzi rol oynadığını vurğulayıb.
Blumental və Xanna qanun layihələrini Nyu Cersi ştatından Demokrat senator Robert Menendez “OPEC+”ın neft hasilatını azaltmasının və bununla da Moskvaya Ukraynadakı müharibəsinə yardım etməsinin qəbuledilməz olduğunu deməsindən bir gün sonra irəli sürüb. Menendez Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən səudiyyəlilərə gələcəkdə silah satışının qarşısını almaq üçün istifadə edəcəyinə söz verib.
Kirbi deyib ki, Menendez səudiyyəlilərə silah satışını dayandırmaq niyyətini elan etmədən öncə Ağ Evə xəbərdarlıq etməyib.