
“Apple” “Formula 1”in yayım hüquqlarını aldı
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
ABŞ qran-prisinin məşq prosesi və seçmə yarışlar pulsuz izlənəcək
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Günahkar iqlim dəyişikliyidir?
HƏMAS silahı buraxmasa, əməliyyatlar bu dəfə təşkilatın tamamilə məhvinə qədər davam edəcək
Hökumətin bağlanması ABŞ-a baha başa gələ bilər
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
14 milyard dollarlıq “Bitcoin” ələ keçirildi
Psixoloji səbəblər və elmi baxış
“Qida yağını özümüz də istehsal edə bilərik”
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
20 ildən sonra dünyanın ən güclü 10 pasportundan çıxdı
Qədim qızıldərili mifologiyası gündəmdə
ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanına səfəri zamanı ABŞ-ın maraqlarını dəstəkləyəcəyini vəd edib, lakin cümə günü Səudiyyə Ərəbistanı liderləri ilə görüşərkən jurnalist Camal Xaşuqçinin öldürülməsinə görə onlara təzyiq edib-etməyəcəyini deməkdən imtina edib.
Bayden Səudiyyə Ərəbistanına səfər etməkdə və ABŞ kəşfiyyatının Xaşuqçinin qətlini təşkil etdiyinə inandığı ölkənin de-fakto lideri vəliəhd şahzadə Məhəmməd bin Salman daxil olmaqla, Səudiyyə Ərəbistanın yüksək vəzifəli məmurlarının olduğu görüşdə iştirak etməkdə haqlı olduğunu təkid edib.
Prezident bildirib ki, Səudiyyə Ərəbistanı problemli regionun sabitləşdirilməsi və onun Çin və ya Rusiyanın təsiri altına düşməsinin qarşısını almaq üçün istənilən səydə mərkəzi rol oynayır.
İsrailin baş naziri Yair Lapidlə mətbuat konfransı zamanı sualları cavablandıran Bayden, “Xaşuqçi ilə bağlı fikrim tamamilə aydın idi və mən heç vaxt insan haqları haqqında danışmağı dayandırmadım. Səudiyyə Ərəbistanına getməyimin səbəbi ABŞ-ın maraqlarını inkişaf etdirməkdir, çünki düşünürəm ki, bizim Yaxın Şərqdə öz nüfuzumuzu bərpa etmək imkanımız var”, – deyə, Bayden qeyd edib.
Yaxın Şərqə dörd günlük səfərinin ikinci günündə danışan Bayden, ABŞ-ın Moskva və Pekinlə nüfuz uğrunda qlobal mübarizə apardığı bir vaxtda səudiyyəliləri kənarda tutmağın Amerikanın maraqlarına zərər verəcəyini bildirib.
“O qədər çox məsələ var ki, mən əmin olmaq istəyirəm ki, biz regionda lider olmağa davam edə bilək və Rusiya və Çinin dolduracağı bir boşluq yaratmayaq” – deyə, ABŞ prezidenti vurğulayıb.
ABŞ kəşfiyyatı belə nəticəyə gəlib ki, vəliəhd şahzadə 2018-ci ildə “Washington Post” qəzetində köşə yazarı olan Xaşuqçinin öldürülməsinə göstəriş verib.
Bayden Ciddədə nisbətən qısa qaldığı müddətdə vəliəhd şahzadə ilə üz-üzə görüşməyəcək.
Cümə axşamı Lapidlə görüşündə Bayden Yaxın Şərqdə sabitliyin təmin edilməsi və İranın heç vaxt nüvə silahına sahib olmaması üçün zəruri olan əməkdaşlıqdan danışıb.