«Yığdığınızı qaytarın, sizi evə buraxaq»
Səudiyyədə həbs olunan varlılara şərt qoyublar
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Varlı olsa da mühüm problemi həll edə bilmir
Dünyanın ən zəngin ölkələrindən birində xalq elektrik enerjisinin kəsilməsindən bezib
-
“Bütün səyləri baltalayır”
Yəmən Silahlı Qüvvələrinin generalı ABŞ-ın Husilərin raket sistemini vurmasından narazı qalıb
-
“Qətiyyət paytaxtı olaraq qalacaq”
Əl-Alimi Husilərin mühasirəsində olan Taizə gedib
-
Bayden düşmədən qərarı qüvvədən düşdü
ABŞ Səudiyyə Ərəbistanına 2,8 milyard dollarlıq hərbi satışa razılıq verib
-
Şahzadə Salmandan inqilabı yenilik
Səudiyyə Ərəbistanında ilk dəfə çimərlik geyimi nümayişi keçirilib
-
Dünyanın gözü zillənən zirvə
ABŞ Çinin sərhədlərinə yaxınlaşarkən, Pekin Vaşinqtonun oylağında at oynadır
-
Bin Salmanın barədə açılan iddia rədd edildi
Şahzadənin toxunlmazlığına görə Qaşıqçının ölümündəki şübhəli şəxslər barədə cinayət işinə işə xitam verilib
-
ABŞ-ın yaratdığı boşluq Çini cəlb edir
Si Tsinpin Səudiyyə Ərəbistanına tarixi səfəri ilə Qərbə meydan oxuyur?
-
Ər-Riyad sözünü tutmur
Səudiyyə Ərəbistanında 12 nəfər edam edilib
-
Seyrçi qalmayacaqlar
İran hücum etsə qarşısında böyük koalisiya görəcək
-
Ər-Riyad Kremlə tərəf sürüşür
Vaşinqton istədiyini ala bilmir
-
““Bədəllər”lə üzləşəcək”
Co Bayden Səudiyyə Ərəbistanını hədələdi
-
“Yaxın Şərq NATO-su” qurula biləcəkmi?!
Körfəzdəki müttəfiqləri ABŞ-ın milli təhlükəsizlik bağlı qarantiya vermədiyini düşünür
-
Baydenin Yaxın Şərq səfəri çətin keçir
İnsan hüquqları qrupları ABŞ prezidentinin hər görüşünü yaxından izləyir və hər sözünü diqqətlə dinləyir
-
Geosiyasi gərginliyə təsadüf edən görüş
Baydenin Ər-Riyada yollandığı ərəfədə Bin-Salman beynəlxalq münasibətlərin bərpasına çalışır
-
Bayden söz verdi
ABŞ prezidenti Səudiyyə Ərəbistanına səfəri zamanı ölkəsinin maraqlarını müdafiə edəcək
«The Guardian» media xəbərlərinə istinadən yazır ki, Səudiyyə Ərəbistanında korrupsiya iddiaları ilə həbs edilmiş biznesmen və kral ailəsi nümayəndələrinə «pullarını verib azad olmaq» təklifi edilib.
Məqalədə deyilir ki, hazırda 200-dək şahzadə, nazir, zabit və varlı biznesmen ölkənin beşulduzlu otellərində «dustaq» edilib. Onların əksəriyyəti Riyaddakı Ritz-Carlton otelində saxlanır.
Bu «dustaqlarla» davam edən danışıqlardan xəbərdar mənbələr «Financial Times» qəzetinə deyiblər ki, onlara yığdıqları sərvətin 70 faizini qaytarmaq şərtilə azadlığa buraxılmaq təklifi edilib.
«The Guardian» yazır ki, «məhbus şahzadələr» bu şərtə razılaşsalar, milyardlarla dollar ölkənin tükənmiş xəzinəsinə qayıda bilər. Ötən il Səudiyyə Ərəbistanının büdcə kəsiri 79 milyard dollar olub və neft qiymətlərinin aşağı olması ölkəni resessiyaya salıb.
Şahzadələrin və başqa zənginlərin həbs edilməsi əmrini kral Salman şahzadə vəliəhd Məhəmmədin təklifi ilə verib.
Sadə səudiyyəlilər zənginlərin həbsindən məmnundurlar. Onlar inanırlar ki, monarx ailəsinin üzvləri və varlı biznesmenlər korrupsiyaya bulaşıblar.
Səudiyyə Ərəbistanının baş prokuroru deyib ki, o hazırda 100 milyard dollarlıq vəsaitin mənimsənməsinə dair təhqiqat aparır. O da xəbər verilir ki, ölkə boyunca 1700 bank hesabı dondurulub.
Həbs edilənlərin arasında «Citigroup» və «Twitter» şirkətlərində böyük paya malik şahzadə Əlvalid bin Təlal da var. O kral Salmanın qardaşı oğludur və ölkədə planlaşdırılan islahatları dəstəklədiyini bildirib.
«Middle East Broadcasting» mərkəzinin rəhbəri Valid əl-İbrahim də həbs edilib. O, eyni zamanda əl-Ərəbiyyə televizya kanalının sahibidir. Bu arada nəhəng Saudi Binladin tikinti şirkətinin sahibi Bəkr bin Ladenin də həbs olunduğu xəbər verilib.
«The Guardian» yazır ki, bahalı otellərdə məhbus edilmiş biznesmenlərə aktivlərini dövlətə təhvil vermək təklif edilib.
Bu da xəbər verilir ki, topladıqları sərvəti qaytarmaqdan başqa biznesmenlər həm də vəliəhd Məhəmməd bin Salmana sədaqət andı içməlidirlər.
Financial Times yazır ki, həbs edilənlərin çoxu daşınan və daşınmayan əmlaklarını verib azad olunmaq istəyir.
Məqalədə deyilir ki, əsas pullular Ritz otelində saxlanır. Hakimiyyətə yaxın adamlardan biri FT-yə deyib ki, onlara aydın şərt qoyulub: «Yediyinizi qusun və evinizə gedin».
FT yazır ki, kral ailəsinin üzvləri neftin baha olduğu vaxtlarda xəzinədən milyonlarla dollar təqaüd alıblar.
Tənqidçilər bunu da vurğulayırlar ki, hakimiyyəti zəbt etmiş Məhəmməd bin Salman potensial rəqiblərini pulsuz qoymaq istəyir. Bu da xəbər verilir ki, kral ailəsinin və biznesmenlərin heç də hamısı həbs edilməyib.
«Financial Times» yazır ki, həbs edilənlərin həbsxanada yox, dəbdəbəli otellərdə saxlanması onlarla dil tapmaq cəhdindən xəbər verir.
Vəzifəli rəsmilərdən biri mətbiuata deyib ki, vəliəhd şahzadə yaxın qohumlarını zindana ata bilməzdi və məhz bu səbəbdən onları bahalı otellərdə saxlayır.
«The Guardian» yazır ki, Səudiyyə Ərəbistanında son zamanlar ictimai islahat cəhdləri edilir. Məsələn, qadınlara maşın sürmək icazəsinin verilməsi, habelə dini polisin səlahiyyətlərinin məhdudlaşdırılması bu qəbildəndir.
Ötən ay Məhəmməd bin Salman «The Guardian» qəzetinə demişdi ki, o, Səudiyyəni mötədil İslama qaytarmaq istəyir.
Bundan başqa vəliəhd şahzadə, habelə ölkənin neft asılılığından azad edilməsini planlaşdırır.
Məqalədə deyilir ki, Səudiyyə Ərəbistanı əhalisinin 70 faizi yaşı 30-dan az olanlardır. Növbəti onillik ərzində 5 milyon səudun işləmək yaşı çatacaq, lakin krallıqda hazırda bu qədər iş yerləri yoxdur.