Kim Çen In parada hazırlaşır
Şimali Koreyanın addımı barışıq səylərinə təsir edəcəkmi?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
“Yenidən cəhd edəcəklər”
Tramp: “İrandan böyük təhdidlər alıram”
-
“Prezidentlik öküz sürməkdən daha təhlükəlidir”
Donald Tramp Miçiqan ştatında seçicilər qarşısında çıxış edib
-
Tramp yeni kriptovalyuta yaradır?
“World Liberty Financial” şirkəti yaxın vaxtlarda “$WLFI” adıyla ictimaiyyətə tanıdılacaq
-
“Sui-qəsd etməkdə azadsınız”
Trampa sui-qəsddə şübhəli bilinən Routdan İrana çağırış
-
“Məsuliyyətsiz ifadə”
Ağ Ev İlon Maskın Bayden və Harrislə bağlı zarafatına reaksiya verdi
-
Su-qəsdçi iki maddədən mühakimə olunacaq
Florida qubernatoru hadisəylə bağlı ayrıca araşdırma aparılacağını deyib
-
60 gündə iki sui-qəsd cəhdi
Tramp bir daha hədəfdədir: Sui-qəsd cəhdi və şübhəli haqqında hər şey məlumdur
-
Trampa ikinci sui-qəsd
Tələm-tələsik apardılar, sui-qəsdçi həbs olunub, hadisə yerindən eyni silah tapılıb
-
Trampın ətrafında silah səsləri
Bu dəfə ABŞ-ın keçmiş prezidentinin qolf oynadığı klubun yaxınlığından gəlib
-
“İki pisdən yaxşısını seçin”
Harris və Trampı tənqid edən Roma Papası ABŞ katoliklərinə səsləndi
-
ABŞ seçkilərində pulun gücü
Hansı daha sərfəlidir, yüksək tələbli varlı donor, yoxsa kasıb ictimai dəstək?
-
“Buradan böyük güc alıram”
Şimali Koreya ilk dəfə olaraq uranın zənginləşdirilməsi obyektini ictimaiyyətə açıqladı
Peyk fotoları Şimali Koreyanın növbəti hərbi parad hazırlıqları keçirdiyini göstərir. Bu, Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində aparılan diplomatik səylər fonunda yeni narahatlıqlara səbəb olub. Buna baxmayaraq, təhlilçilər hərbi paradın ölkənin ən böyük ballistik raketinin nümayişi üçün keçirildiyinin aydın olmadığını bildirirlər.
Pxenyan 9 sentyabr tarixində, ölkənin əsasının qoyulmasının 70 illiyi münasibətilə bir neçə böyük miqyaslı tədbir keçirməyi planlaşdırır. Onların arasında həbi parad, xarici nümayəndələrin gəlişi və son beş ildə ilk dəfə keçiriləcək kütləvi xoreoqrafiya olacağı gözlənilir.
Paradlar uzun müddət Şimali Koreya üçün hərbi qüdrət nümayişi vasitəsi olub. Sentyabr paradının ölkənin nüvə ballistik raket arsenalından əl çəkməsi mövzusunda həssas diplomatik danışıqlar zamanı keçirilməsi isə narahatlıqlar yaradır.
Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Tramp ilə iyun ayında görüşərək, Koreya yarımadasının nüvəsizləşdirilməsinə razılıq vermişdi. Lakin həmin zamandan bəri hər iki tərəf danışıqlar prosesinin ləngiməsi ilə bağlı digərini tənqid edir.