vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
REGİON  
20:00 | 20 fevral 2022 | Bazar Məqaləyə 514 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təlimlərin müddəti uzandı

Hərbçilər iki ölkənin müdafiə mərhələlərini daha ətraflı işləyəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskva və Minsk Donbasdakı vəziyyətə görə müttəfiq dövlətin silahlı qüvvələrinin yoxlanmasını davam etdirmək qərarına gəliblər. Bunu Belarus Müdafiə Nazirliyinin rəhbəri Viktor Xrenin “Müttəfiqlərin Qətiyyəti - 2022” hərbi təlimlərin ilkin nəticələrinə yekun vurarkən deyib. Xreninin sözlərinə görə, hərbçilər iki ölkənin müdafiə mərhələlərini daha ətraflı işləyəcək.

“Müttəfiqlərin Qətiyyəti - 2022” təlimləri Belarus ərazisində, Ukrayna ilə sərhədlərə yaxın ərazidə keçirilir. Fevralın 10-da Belarusda başlayan hərbi təlimlər fevralın 20-də başa çatmalı idi.

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov fevralın 17-də təlimlərin planlaşdırıldığı kimi, fevralın 20-də başa çatacağını deyib. Amma o da Rusiya qüvvələrinin bundan dərhal sonra Belarusu tərk edəcəyini söyləməyib.

NATO-nun şərq cinahı və Ukrayna ilə həmsərhəd Belarusda 30 min Rusiya əsgərinin iştirakıyla təlim keçirilir. Qərb Kremlin əsl niyyətindən narahatdır.

Belarusun Xarici işlər naziri Vladimir Makey fevralın 16-da bildirib ki, Rusiya qüvvələri təlimlər bitən kimi Belarusu tərk edəcək.

Lukaşenko isə deyib ki, Rusiya qüvvələrinin “nə zaman, hansı şərtlərlə, hansı qrafiklə” çıxacağını Putinlə müzakirə edəcək.