
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Diplomat kimi fəaliyyət göstərən agentə 72 saat vaxt verildi
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya dövlət televiziyası “Rossiya” kanalına müsahibəsində cari məsələləri dəyərləndirib.
Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) daha əvvəl ölkəsinin hava məkanını pozduğuna diqqət çəkən Lukaşenko, bunun dəfələrlə baş verdiyini bildirib.
Ukraynadan gələ biləcək təhdidlərə qarşı lazımi tədbirləri gördüklərini ifadə edən Lukaşenko, Belarus-Ukrayna sərhədinə mina və əsgər yerləşdirdiklərini bildirib.
NATO-nun Ukraynaya qoşun yeritmə ehtimalını dəyərləndirən Lukaşenko, "Əgər onlar (Qərblilər) NATO əsgərlərini göndərsələr, Üçüncü Dünya müharibəsi başlayacaq. Çünki bu halda həm taktiki, həm də strateji nüvə silahlarından istifadə olunacaq. Qəfil və dəhşətli reaksiya verəcəyik”.
***
Vəziyyətin gərginləşməsini istəmədiklərini bildirən Lukaşenko, "NATO ilə müharibə istəmirik. Ancaq bunu etsələr, başqa seçimimiz olmayacaq. Bizim yalnız bir xəttimiz var – dövlət sərhədi. Onlar sərhədə addım atdıqları anda cavab alacaqlar”, – deyib.
***
Lukaşenko Ukrayna ordusunun avqustun 6-da Rusiya ərazisi olan Kursk vilayətinə daxil olduğuna diqqət çəkərək, “Ukrayna vəziyyəti gərginləşdirir. Belə davam edərsə, bu gərginlik Ukraynanın məhvi ilə nəticələnə bilər”, – deyib.
Buna görə də Rusiya və Ukraynanın sülh danışıqlarına yenidən başlamalı olduğunu vurğulayan Lukaşenko, danışıqların 2022-ci ilin martında İstanbulda hazırlanan razılaşma əsasında aparıla biləcəyini bildirib. Lukaşenko, “Meydanda vəziyyət dəyişdi, amma biz buradan başlaya bilərik. Danışıq masasına oturub məsələni həll etmək lazımdır. Belə bir fürsət həli ki, var”, – deyib.
“Siz (ruslar) hərdən nasistlərdən danışırsınız. Ukraynada artıq nasist yoxdur. Ukrayna nasistlərdən təmizlənib. Orada bir neçə nasist qalıb, amma onlara da hörmət yoxdur. Bu gün əhalinin 70 faizindən çoxu Ukrayna xalqı Zelenskiyə nifrət edir, çünki o, vədlərinə əməl etmədi və buna görə də insanlar ölür”.
“Ermənistan heç kimə lazım deyil, hər kəs Ermənistanı unudacaq”
Ermənistanın son zamanlar Qərblə yaxınlaşma siyasəti yürütdüyünə işarə edən Lukaşenko, “Ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. Ermənilər öz iqtisadiyyatlarını inkişaf etdirməli və sahib olduqlarına diqqət etməlidirlər. Fransa prezidenti Emmanuel Makron sabah olmayacaq və hamı Ermənistanı unudacaq”, – deyib.
Aleksandr Lukaşenko qeyd edib ki, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri fövqəladə hallarda yardım üçün Rusiya və Belarusa müraciət ediblər.