vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
13:19 | 28 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 752 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Makey niyə öldürüldü?

Xarici işlər naziri mümkün olmayanı bacarmışdı ...

D.ƏHMƏDLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Belarusun xarici işlər naziri Vladimir Makeyin öldürülməsi barədə müəmmalar və şayiələr baş alıb gedir. Əksər təhlilçilər belə güman edirlər ki, Makeyin ölümü Kremlin təşəbbüsü ilə planlaşdırılıb, hazırlanıb və həyata keçirilib, “layihənin” həyata keçirilməsi Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev kuratorluq edib.

Heç kim həqiqətən də, bunun qətl olduğunu Lukaşenkodan gizlətmir. Qeyd edilir ki, aksiya nümayişkaranə olub və Lukaşenkonun Qərb və Çinlə ayrı-ayrı danışıqlarını pozmaq məqsədi daşıyıb. Vladimir Makey, təbii ki, müstəqil fiqur deyildi, Lukaşenkonun total diktaturası şəraitində bu, mümkün deyil, o, Aleksandr Qriqoryeviçin sirdaşı olub və onun daimi nəzarəti və təzyiqi altında olub. Lukaşenko son zamanlar Makeydən qeyri-mümkün olanı tələb edib: ABŞ və Avropa ölkələri ilə danışıqlar aparmaq, Belarus Respublikasına münasibətdə mövqeləri yumşaltmaq, az vədlər verməklə və heç nə etməməklə yanaşı, hər şeyin tezliklə dəyişəcəyinə və Belarusun Qərblə yaxınlaşacağına eyham vuraraq, demək olar ki, demokratik inkişaf yolu tutacağına inandırmaq. Eyni zamanda, Çindən ərazi bütövlüyü və qorunma təminatları axtarmaqla yanaşı, Rusiya ilə sıx əlaqələr saxlamaq. Makey hər şeyə birdən nail olmalı idi. 

Qərblə danışıqlar kifayət qədər səmərəli olub və Makey ən nüfuzlu ölkələrin rəhbərliyini Belarus Respublikasında dəyişikliklərin mümkünlüyünə inandıra bilib, o, Avropanın bir sıra məsələlərdə mövqelərini yumşaltması müqabilində Lukaşenko adından bütün siyasi məhbusların ölkədən çıxarılacağına zəmanət verib. Üstəlik, Makey həmkarlarını əmin edib ki, Lukaşenko əslində, Putin tərəfindən girov saxlanılıb və Rusiya prezidentinin təzyiqi altındadır. O, Belarus Respublikasının suverenliyini qorumaq üçün “qeyri-populyar” hərəkətlər etməyə məcburdur. Belarus rəhbərliyinin Qərblə danışıqları kifayət qədər səmərəli olub, bu barədə mütəmadi olaraq Putinə məlumat verilirmiş və məhz bu, Rusiya prezidentinin Lukaşenkonun ayrı-ayrı danışıqlarına son qoymaq, əsas müzakirəçini kənarlaşdırmaq qərarına xidmət edib. Makeyin ölüm xəbərindən sonra Lukaşenkoya açıq mətnlə deyiblər ki, gələcəkdə yalnız İttifaq dövlətini gücləndirmək istiqamətində hərəkət etmək lazımdır və Kremlin arxasında heç bir danışıqlar aparılmamalıdır. Lukaşenkoya şəxsən hədə-qorxu gəlinməyib və bunun heç bir mənası da yoxdur, heç kim onu ən azı hələlik aradan götürmək fikrində deyil və Putindən başqa heç kim ona şəxsi təhlükəsizlik zəmanəti verməyə tələsmir. Lakin Makeyin ölümündə maraqlı bir hal da var – Kreml ləğvetmə əməliyyatının uğurlu keçdiyinə və Makeyin həqiqətən də, öldüyünə 100 faiz inanmır. O, bunun da növbəti blef ola biləcəyindən şübhələnir.