Müharibə regiona sıçrayır
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
21:20 | 18 avqust 2024 | Bazar
Məqaləyə 372 dəfə baxılıb
Şriftin ölçüsü
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukrayna Belarus sərhədinə 120 mindən çox əsgər (ümumi silahlı qüvvələrin təxminən üçdə biri) yerləşdirib.
Lukaşenko ölkəsinin sərhəddəki əsgərlərinin dəqiq sayını açıqlamayıb. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun 2022-ci il Hərbi Balans Hesabatındakı məlumatlar göstərir ki, Belarus ordusunda təxminən 48 min əsgər və 12 min sərhədçi var.
Belarusun rəsmi xəbər agentliyi “Belta”nın məlumatına görə, Lukaşenko Rusiya dövlət televiziyasına deyib: “Onların təcavüzkar siyasətini görəndən sonra müharibə ərəfəsində əsgərlərimizi göndərdik və onları müdafiə üçün müəyyən nöqtələrdə cəmləşdirdik. Ordumuz bütün sərhəd boyu yerləşdirilib”.
Kiyev hələlik “Reuters”in şərh sorğusuna cavab verməyib. Kiyev bildirib ki, Belarus qoşunlarının sərhəddə hərəkətə keçməsindən əsər-əlamət yoxdur.
Vladimir Putinin sadiq müttəfiqi olan Lukaşenkonun sözü keçən şərhlərini deyərkən, Kiyevin avqustun 6-da Rusiyanın qərb sərhədində minlərlə Ukrayna əsgərinin Rusiyanın Kursk vilayətində nəzarəti ələ keçirməklə başlayan hücumları davam edirdi.
Belarusun müdafiə naziri Viktor Xrenin deyib ki, Ukraynadan təxribat ehtimalı güclüdür və iki ölkə arasında ümumi sərhəddə vəziyyət “gərgin olaraq qalır”.
Lukaşenko bəyan edib ki, Ukrayna-Belarus sərhədi “həmişəkindən daha çox” minalanıb və Ukrayna qoşunları sərhədi keçməyə cəhd etsələr, ağır itkilər verəcəklər.