Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
20:41 | 18 avqust 2024 | Bazar
Məqaləyə 352 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Ukrayna ordusu Rusiyanın Rostov vilayətində neft məhsulları zavodunu və Kursk vilayətində körpünü vurub. Ukrayna Baş Qərargahından verilən açıqlamada Rusiyanın mühüm obyektini vurduqları ifadə edilərək, “avqustun 18-nə keçən gecə Rusiyanın Rostov vilayətindəki “Kavkas” fabrikinə hücum oldu. Neft Rusiya ordusunun ehtiyaclarını ödəmək üçün həmin obyektdə neft məhsulları saxlanılırdı”, – deyilib.
Açıqlamada, hücum nəticəsində obyektdə ən azı 2 yanğının baş verdiyi, fabrikə dəyən zərərin nəticələri ilə bağlı təfərrüatların dəqiqləşdirildiyi bildirilib.
Açıqlamada, hücumun Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi tərəfindən müdafiə qüvvələrinin digər bölmələri ilə birgə həyata keçirildiyi paylaşılıb.
Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mikola Oleşuk sosial media hesabındakı paylaşımında Rusiyanın Kursk bölgəsində daha bir körpünü havadan vurduqlarını yazıb: “Havadan müdafiə qüvvələrimiz dəqiq zərbələrlə düşməni maddi-texniki imkanlardan məhrum etməyə davam edir”.
Oleşuk başqa bir açıqlamasında Rusiya ordusunun bu gecə Ukraynada həyata keçirdiyi hücumlarla bağlı məlumat verib.
Rusiyanın 1 ədəd “İsgəndər-M” ballistik raketi, 1 ədəd “KN-23” ballistik raketi ilə Ukrayna ərazisinə hücum etdiyini bildirən hərbçi 3 qanadlı raketin və 8 İHA-nın Kiyev, Sumı və Poltav bölgələrində vurulduğunu qeyd edib.
Oleşçuk digər raketlərin hədəflərinə çata bilmədiyini və hücumda ölən və ya yaralanan olmadığını bildirib.
Digər tərəfdən, Kiyev Şəhər Hərbi İdarəsinin rəisi Sergiy Popko sosial media hesabından verdiyi açıqlamada Rusiyanın bu səhər Kiyevə ballistik raketlərlə hücum etdiyini bildirib.
İlkin məlumata görə, Rusiya ordusunun Şimali Koreya istehsalı olan “KN-23” tipli ballistik raketlərdən istifadə etdiyinə diqqət çəkən Popko, “Havadan müdafiə qabiliyyətimiz bir daha düşmənin hədəfinə çatmasının və Kiyevi vurmasının qarşısını aldı. İlkin məlumata görə, Məlumata görə, ballistik raketlər paytaxt yaxınlığında vurulub”, – deyib.
Popko Rusiyanın Kiyevə PUA-ları ballistik raketlərlə eyni vaxtda göndərdiyini bildirərək, bütün İHA-ların şəhər xaricində məhv edildiyi, dağıntı və yaralananın olmadığı barədə məlumat paylaşıb.
Ukrayna prezidenti Vladimir Zelenski də sosial media hesabındakı paylaşımında qeyd edib ki, Rusiya son bir həftə ərzində Ukraynaya hücumlarında 40-dan çox müxtəlif raket, 750 idarə olunan bomba və 200 müxtəlif PUA-dan istifadə edib.