Müharibə regiona sıçrayır
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
18:16 | 3 dekabr 2022 | Şənbə
Məqaləyə 737 dəfə baxılıb
Şriftin ölçüsü
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Rusiya ilə Belarus arasındakı regional təhlükəsizlik sazişinə dəyişiklik edilməsi ilə bağlı protokol imzalanıb. Rusiya Müdafiə Nazirliyindən müdafiə naziri Sergey Şoyqu ilə Belaruslu həmkarı Viktor Xrenin arasında imzalanan düzəlişlə bağlı verilən açıqlamada deyilir ki, dekabr 3-də Minskdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Viktor Xrenin hərbi sahədə regional təhlükəsizliyi birgə təmin etmək barədə razılığa gəliblər: “Beləliklə beynəlxalq müqaviləyə dəyişiklik edilməsi haqqında saziş imzalanıb”, – deyə məlumatda bildirilir.
Bəyanatda Sergey Şoyqunun dəyişikliklə bağlı fikirləri də yer alıb: “Belarusla müttəfiqlik münasibətləri Qərbin görünməmiş təzyiqi və ittifaq dövlətlərinə elan edilən müharibə qarşısında əhəmiyyət qazanıb. Belarus bizim etibarlı tərəfdaşımızdır və olmaqda davam edir”. Bildirilib ki, Şoyqu Minskin ABŞ və müttəfiqlərinin Belarusa, eləcə də Rusiyaya qarşı təzyiqlərindəki mövqeyini yüksək qiymətləndirib.
Şoyqu həmçinin bildirib ki, regional təhlükəsizlik qrupunun əsgərləri Belarus ərazisində döyüş koordinasiyası fəaliyyətləri həyata keçirir: “Hazırda iki ölkənin dövlət başçılarının qərarına əsasən, Rusiya və Belarus ortaq regional güc hərbi birləşmələri döyüş təlimləri həyata keçirir”.