Ermənistana Ukrayna misalı
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
21:19 | 3 dekabr 2022 | Şənbə
Məqaləyə 999 dəfə baxılıb
Şriftin ölçüsü
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Rusiya qoşunlarını Xerson bölgəsindən çıxaranda onun yenidən nə vaxt hücuma keçəcəyi böyük maraq doğururdu. Bu yaxınlarda Ukrayna administrasiyası Rusiyanın genişmiqyaslı hücuma hazırlaşdığını açıqlamışdı. Gözlənilən hücumla bağlı ilk xəbərdarlıq yenə Ukraynadan gəldi. Kiyev artıq mülki şəxslər təxliyə üçün məlumatlandırıb.
Dekabrın 3-dən 5-dək Ukrayna hökuməti Dnepr çayının sol sahilində müvəqqəti işğal olunmuş ərazini tərk edə bilməyən vətəndaşların təxliyəsi üçün əməliyyatlara başladığını açıqlayıb.
“Bölgədə mümkün hücum təhlükəsi səbəbindən evakuasiya zəruri hesab edilib”, – Xerson hərbi administrasiyasının bəyanatında deyilir.
Rəsmilər bəlli saatlarda çaydan keçməyə icazə veriləcəyini açıqlayıb. Çayın başqa hissələrində keçid yasaqlanacaq. Mülki şəxslərdən təxliyə təlimatlarına ciddi əməl etmələri ilə bağlı istənilib.
Azad edilmiş əraziyə gəlmək üçün əlavə vaxt tələb olunarsa, vətəndaşlara icazə verilən yeganə yer kimi yalnız liman tərəfinə çatmaları xahiş olunur. Evakuasiya zamanı Ukrayna vətəndaşlığını təsdiq edən sənədlərin təqdim edilməsi məcburidir.
Rusiya qüvvələrinin geri çəkilməsindən sonra qisas məqsədilə şəhərlərin elektrik və su şəbəkələrinə raket hücumları qış aylarının başlaması ilə humanitar ehtiyacların məhdudlaşdırılmasına səbəb olub.
Ukrayna prezidenti Zelenski çıxışında “əsas vəzifə enerji sistemini sabitləşdirməkdir” demişdi. Bununla belə, Ukrayna prezidenti paytaxt Kiyev də daxil olmaqla əksər regionlarda elektrik enerjisinin kəsilməsinin davam etdiyini bildirib: “Ümumilikdə 6 milyondan çox abunəçi zərər çəkib. Çərşənbə günü axşam 12 milyona yaxın abunəçinin elektriki kəsilib”.
Ölkədə qurulacaq “məğlubedilməzlik nöqtələri”nə toxunan Zelenski bu məntəqələrin ölkə vətəndaşlarını qida, su, elektrik enerjisi və ilkin tələbat malları ilə əhatə edəcəyini bildirib.