vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
10:56 | 6 aprel 2022 | Çərşənbə Məqaləyə 540 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Astanadan Moskvaya ikinci zərbə

Qazaxıstan separat bölgələr olan Luqansk və Donetskin müstəqilliyini tanımır

MÖVZU İLƏ ƏLAQƏLİ

Qazaxıstanın xarici işlər naziri Muxtar Tileyberdi ölkəsinin Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan Luqansk və Donetsk regionlarının müstəqilliyini tanımadığını bildirib.

“Biz hazırkı məqamda nə Luqansk Xalq Respublikasını (LNR), nə də Donetsk [Xalq] Respublikasını (DNR) tanımırıq”, Tileyberdi deyib.

Lakin o, Qazaxıstanın Qərbin Rusiyaya qarşı Ukraynanı işğal etdiyinə görə sanksiyalarına qoşulmayacağını bildirib.

“Rusiyaya qarşı tətbiq olunan] sanksiyaların iqtisadiyyatımızın inkişafına mənfi təsirlərinin qarşısını almaq və bu sanksiyalardan yan keçmək üçün ərazimizdən istifadə edilməməsi bizim üçün vacibdir”, Tileyberdi deyib.

Qazaxıstanın BMT-nin Rusiyanın Ukraynaya təcavüzünü pisləyən iki qətnaməsi üzrə səsvermədə bitərəf qalması ilə bağlı sualı cavablandıran Tileyberdi “bitərəflik həm də Qazaxıstanın milli maraqlarını nəzərə alınmaqla müəyyən edilmiş bir mövqedir” deyib.

Fevralın 24-də Ukraynaya qarşı hərbi təcavüzə başlamazdan bir neçə gün əvvəl Moskva Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan əraziləri müstəqil respublikalar kimi tanıyıb və Ukraynaya qarşı müharibəsini iki regionu “müdafiə etməklə” əsaslandırıb.

Rusiyanın yaxın müttəfiqi olan Qazaxıstan Moskvanı hərbi müdaxiləyə görə açıq şəkildə tənqid etməyib. Qazaxıstan keçən ay Ukraynaya “Ukrayna, biz sizinləyik” şüarı ilə humanitar yardım göndərib.