

“Astana Opera”nın Bakıya qastrolu
İki ölkə arasında diplomatik əlaqələrin 30 illiyi münasibətilə ...
Azərbaycan Prezidenti Qazaxıstanlı həmkarına məktub göndərib
“Ədalətli Qazaxıstan – hamı və hər kəs üçün” şüarıyla ...
Qazaxıstan prezidenti səslərin beşdə birindən çoxunu qazanıb
Vaşinqtonun nəzəri Mərkəzi Asiyadadır
Bu təkcə Rusiyaya deyil, Qərb üçün də arzuolunan deyil
İki yol arasında fərq 500 km-ə yaxındır
Qazaxıstanda “Lightyear” filmi qadağan edilir
Rusiya Qazaxıstanın qabağından geri çəkildi
Aksiya iştirakçıları antihökumət mitinqlərinin dağıdılması zamanı həlak olanlar üçün ədalət tələb edir
Tokayev neft tranzitini Rusiyadan yan keçirmək istəyir
Tokayevin separatçıları Putinin yanında “kvazi dövlətlər” adlandırması Moskvada qıcıq doğurub
Rusiya Qazaxıstan neftinin Avropaya nəqlini dayandırır
Restoranlarının öz məhsullarının yarıdan çoxunu Rusiyadakı tədarükçülərdən alırmış
Orta Asiya kimlər tərəfindən və niyə qarışdırılır?
Qazaxıstan prezident seçkisinə hazırlaşır. Seçkilər noyabrın 20-də keçiriləcək. Namizədlərin sayı artsa da, hazırkı dövlət başçısı Qasım Comərd Tokayevin prezident seçilməsi şansları yüksəkdir.
Tokayevin yanvar hadisələrindən sonra Qazaxıstanda mövqeləri güclənib. O keçmiş prezident Nursultan Nazarbayevin himasəyindən çıxıb, müstəqil daxili və xarici siyasət yürüdür. Paytaxtın adı yenidən Astana oldu. Tokayev Astanada beynəlxalq əhəmiyyətli bir neçə beynəlxalq toplantı keçirib. Tokayev Qazaxıstanın hərbi doktrinasını da dəyişdirib. Yeni düzəlişə görə, Qazaxıstanda daxili münaqişələr zamanı Milli Qvardiyanın gücündən də istifadə oluna bilər.
Tokayev ölkəsinin Rusiyadan asılılığını azaltmağa çalışır. Rusiya rəsmilərinin və diplomatlarının Qazaxıstanın ərazi bütövlüyü əleyhinə verdikləri açıqlamalar Astanada narazılıqla qarşılanır. Qazaxıstanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, ilhaqı tanımaması Kremlin xoşuna gəlmir. Astana Türkiyə və türk dünyası ilə əməkdaşlığın geninləşməsinə üstünlük verir. Astana Ankara ilə birgə hərbi-sənaye kompleksini inkişaf etdirməkdə qərarlıdır.
Qazaxıstanda marağı olan ölkələrdən biri də Çindir. Pekin Kremlin strateji tərəfdaşı olsa da, Qazaxıstanın ərazi bütövlüyünə dəstək verir. Çin lideri Si Tsinpin Qazaxıstana səfəri zamanı qonşu ölkənin ərazi bütövlüyünə dəstəyi davam etdirdiyini bildirdi. Bu Pekinin Moskvaya mesajıydı ki, Çin Rusiyanın Qazaxıstana qarşı ərazi iddialarını qəbul etmir. Çin Rusiya və Qazaxıstanla birgə Şanxay Əməkdaşlıq Təşkilatının imkanlarının hərəkətə gətirilməsini istəyir.
Buna baxmayaraq, Pekin fəal uyğurların Qazaxıstanda sığınacaq tapmalarından narahatdır. Qazaxıstan uyğurların Çində izləşdikləri repressiyalardan qaçdıqları ölkədən biridir. Uyğurlar ara-sıra Çinin Qazaxıstandakı səfirliyi qarşısında etiraz təşkil edirlər. Ancaq Astana Çin əleyhinə böyük etirazlara imkan vermir.