Rusiyada aviabomba detonasiya etdi
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
21:47 | 4 noyabr 2022 | Cümə
Məqaləyə 1187 dəfə baxılıb
Şriftin ölçüsü
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
İşğalçıların PUA hücumu nəticəsində iki nəfər yaralandı
PUA zərbələri güclü yanğına səbəb oldu
9 May Qələbə günü paradı ilə əlaqədar təhlükəsizlik məhdudiyyətləri gücləndirilir
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
Müharibənin davam etdiyi səkkiz ay yarım ərzində Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskinin münaqişənin danışıqlar yolu ilə bitməsinin mümkünlüyü barədə fikirləri diametral şəkildə dəyişib. İndi Putin danışıqları o qədər istəyir ki, bu gün Rusiya prezidentinin təşəbbüsü ilə müxtəlif platformalarda və müxtəlif formatlarda ən azı iyirmi etibarlı şəxs müharibəni dayandırmaq və sülh müqaviləsi bağlamaq olmasa belə, heç olmasa, döyüşləri bitirməklə münaqişəni dondurmaq üçün fürsət tapmağa çalışır, təbii ki, bu variantı Putinin Rusiya vətəndaşlarına qələbə kimi sırıya biləcəyi şərtilə.
Bu qədər çox adamın pərdəarxası danışıqlara qatılaraq bir məsələyə həll yolu tapmağa çalışması ilk dəfə test edilir. Putinin nümayəndələri Rusiya prezidentinin təkliflərini ABŞ və Ukraynanı dəstəkləyən digər ölkələrin rəhbərliyinə çatdırmaq imkanına malik olan vasitəçilər ilə əlaqələrdən istifadə edərək, bütün imkanlarından istifadə edərək, az da olsa, nəticə əldə etməyə çalışırlar.
Son günlər qlobal məsələlərə münasibətini formalaşdıran prezidentin ətrafının da qırğı mövqeləri xeyli aşağı düşüb. Artıq Putinin yaxın çevrəsində hər şeyin hara getdiyini anlamayan və Rusiyanın müharibədə məğlubiyyətinin rejim üçün ölkə daxilində böyük problem olduğunu anlamayan bir nəfər də yoxdur. Putinin problemi ondan ibarətdir ki, o, Ukrayna rəhbərliyinin ABŞ, Böyük Britaniya və onun fikrincə, Zelenskinin istənilən qərarını önləyə biləcək bir sıra Avropa ölkələrindən asılı olduğuna əmindir. Putin Ukrayna prezidentinə ən azı hələlik bərabər mövqedən yanaşmaq istəmir. Bu gün qalib mövqedə olan Zelenski isə 2014-cü ilin əvvəlində ərazi status-kvonu Ukrayna sərhədlərinə qaytarmaq ümidi ilə istənilən təklifləri birmənalı şəkildə rədd edir.
Yaxınları Putinlə söhbətində artıq onu inandırıblar ki, Qərbin dəstəklədiyi Ukraynadansa daxildəki “ura-patriotlarla” müharibədə qalib gəlmək daha asandır. Putinin özünün isə danışıqların nəticələrinə dair hesabatlardan asılı olaraq gündə bir neçə dəfə əhval-ruhiyyəsi dəyişir. O, gah demək olar ki, vəziyyətlə barışmış və hər şeyi verməyə hazır kimi görünür, gah da deyir ki, nüvə silahından istifadədən başqa variant yoxdur. Daimi stress vəziyyətində yaşayan Rusiya prezidentinin psixi sağlamlığının geri getməsi elita üçün böyük problem ola bilər. Problemləri prezidentin ciddi xəstəliyi kimi izah edənlərin yanlış qərarlar qəbul edərək ikinci QKÇP (Государственный Комитет по Чрезвычайному Положению – Fövqəladə Vəziyyətlər üzrə Dövlət Komitəsi) variantını təkrarlayacaqları getdikcə daha çox ehtimal edilir. Böyük ehtimala yeni QKÇP həm elita, həm də xalq tərəfindən dəstəklənə və insanların rahat nəfəs alması üçün böyük şans hesab edilə bilər.