vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
11:41 | 18 aprel 2022 | Bazar ertəsi Məqaləyə 456 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyana geniş imkanlar yaranır

... Yaxud “Şərəfim var”ın barometr xidməti

Asəf QULİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan müxalifətinin “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan İrəvanın mərkəzində aksiyalara başladığını elan edib. Ona qoşulanlar var. Hətta 44 günlük müharibədə iştirak etmiş iki zabit Vanetsyanın çağırışına aclıq aksiyası ilə qoşulub.

Vanetsyanın əsas tələbi baş nazir Nikol Paşinyanın Azərbaycanla danışıqlarına mane olmaq, sülh sazişinin bağlanmasını rədd etmək, Azərbaycanın ərazi bütövlüyünü tanımamaqdır. Çünki Vanetsyan  hesab edir ki, bütün bunlar Qarabağın birdəfəlik itirilməsi deməkdir. 

Dünən başladığı aksiyada Vanetsyan hamını küçəyə çıxmağa, Paşinyana etiraz etməyə səsləyib. 

 Bu aksiya maraqlı bir vaxta təsadüf edir. 

17 apreldə İrəvanda aksiya başlayır, 19 apreldə isə Kremldə Nikol Paşinyan Rusiya lideri Vladimir Putinlə görüşəcək. Rusiyanın dövlət telekanalı “Rossiya 1” belə qarışıq məqamda bu görüşün çox mühüm olduğunu bildirib. 

Xatırladaq ki, bundan əvvəl Nikol Paşinyanın parlamentdə  çıxışından sonra “Ermənistan” və “Şərəfim var” fraksiyaları mitinq keçirmişdilər. Bu mitinqdə 10 min adamın iştirak edəcəyi bəyan olunsa da aksiya təşkilatçıları buna nail ola bilmədilər. İndi isə aksiyanı “Şərəfim var” fraksiyası təşkil edib. Bu aksiyanın xalq tərəfindən ciddi dəstək alacağı inandırıcı görünmür. Doğrudur bu gün Ermənistanda azsaylı aqressiv millətçi kütlə var. Ancaq bütövlükdə Ermənistan cəmiyyətini nə “Miatsum”, nə də “Artsax” şüarı ilə küçəyə çıxarmaq mümkün deyil.

Belə bir durumda keçirilən bu aksiyalar əslində Paşinyanın daha geniş manevr imkanları yaradır. Əslində dünəndən başlayan aksiyanı Ermənistan cəmiyyətinin Qarabağ mövzusuna yanaşmasının barometri də hesab etmək olar. Necə deyərlər Vanetsyan və onun rəhbərlik etdiyi “Şərəfim var” fraksiyası Paşinyan üçün barometr xidməti göstərir.