Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
14:04 | 25 noyabr 2022 | Cümə
Məqaləyə 1276 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından əli üzülən Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronsuz addım ata bilməyəcək duruma düşüb. Paşinyan dekabrın 7-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Emmanuel Makronun iştirakını tələb edib. Azərbaycan dövlət başçısı ermənipərəst mövqeyinə görə Makronun vasitəçiliyini qəbul etmir. Paşinyanın tələbi Avropa İttifaqının rəhbəri Şarl Mişeli pis vəziyyətə qoyub.
Bu il İlham Əliyevlə Nikol Paşinyan arasında Brüsseldə 4 görüş olub, heç birində Makron iştirak etməyib, vasitəçi Şarl Mişel olub. Makron sadəcə, Praqadakı konfrans çərçivəsində keçirilən görüşdə liderlərin görüşünə qatılıb. Paşinyanın Makrondan ikiəlli yapışmasının səbəbi bəllidir. Şarl Mişel tərəfsiz vasitəçidir, bölgədə sülh və əməkdaşlıq istəyir, Qarabağ məsələsinə qarışmır. Makron isə Mişelə tam tərs mövqedən çıxış edir. Ona görə də Paşinyan Makronu Mişelin yanında oturması tələbini irəli sürür. Şarl Mişel Paşinyana rədd cavabı verməsə, liderlərin görüşü alınmayacaq və Avropa İttifaqının rəhbərinin buna qədərki bütün zəhməti hədər gedəcək. Görüş alınmayacaqsa, belə çıxacaq ki, Paşinyanın Makronu tələb etməsi Kremlin maraqlarına cavab verəcək.