
Günün anti-adamları...
Təbəssümləri də saxtadır
Təbəssümləri də saxtadır
Pashinyan imicə yatırım edib, reallıqdan qaçmaqda ittiham edilir
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Azərbaycan-İran münasibətlərində yeni mərhələ
Pezeşkian: “Biz İranı azərbaycanlıların ikinci vətəni hesab edirik”
Nəhayət öz siyasi memimizi yaradırıq
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq mühiti yaradır
Nikol öz xalqını daha yaxından tanıdıqca, dəhşətə gəlir...
... Yaxud müqəddəs gündə quduzlaşan “din xadimləri”
Və yaxud, Paşinyan niyə Parisin yox, məhz Bakının verdiyi “yol xəritəsi” əsasında hərəkət etməlidir?
Ermənistan referendumu 2026-da keçirəcək
Oktyabrın 17-də Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası Cənubi Qafqazda vəziyyəti müşahidə etmək, təhlil etmək və hesabat hazırlamaq üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfinə 40-a yaxın Avropa İttifaqının ekspert müşahidəçilərinin yerləşdirilməsi barədə qərar qəbul edib.
Bu qərar Praqa razılaşması ilə ziddiyyət təşkil edir. Məsələ nədən ibarətdir:
Praqa razılaşmasına görə, Ermənistana göndəriləcək missiyanın işi etimad yaratmaq və hazırladığı hesabatlar vasitəsilə sərhəd komissiyalarının işinə töhfə verməkdir.
Aİ Nazirlər Şurasının 17 oktyabr tarixli qərarında isə missiyanın səlahiyyət dairəsi hədsiz genişləndirilib. Qərarda göstərilib ki, Ermənistana göndərilən heyətin mandatı regionda sülhün və təhlükəsizliyin bərpası, etimadın yaradılması və iki dövlət arasında beynəlxalq sərhədin delimitasiyasıdır. Yəni Bakı ilə razılaşdırılmadan missiyanın fəaliyyət dairəsinə “regionda sülhün və təhlükəsizliyin bərpası” ifadəsi daxil edib. Bu isə artıq texniki monitorinq qrupunun deyil, tamhüquqlu sülhməramlı missiyanın mandatına uyğundur. Halbuki, Praqada Azərbaycan tərəfi buna icazə verməyib.
Daha bir dəyişiklik Ermənistandakı missiyanın fəaliyyət müddəti ilə bağlıdır. Praqa razılaşmasında maksimum 2 aylıq müddət göstərilsə də Aİ-nin qərarında "bu müddətin Aİ tərəfindən uzadılması nəzərdən keçirilə bilər" cümləsi əlavə olunub.
Böyük ehtimal, Azərbaycan Praqa razılaşmasını etibarsız elan edəcək.
Yeri gəlmişkən, ATƏT-də oktyabrın 21-dən 27-dək Paşinyanın dəvəti ilə Ermənistana monitorinq qrupunun göndərilməsi ilə bağlı qərar qəbul edib. Bu qərarın da standart konsensus qərar qəbuletmə mexanizmindən yan keçərək qəbul edildiyi bildirilir...