Paşinyan – Qaregin davası
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
13:24 | 1 noyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 1322 dəfə baxılıb
Şriftin ölçüsü
Kilsə Ermənistan hakimiyyəti üçün siyasi rəqib və ideoloji baryer sayılır
Zaxarovanın tarixi “malalaması” və onun Paşinyana cavabı Rusiyanın özünüifşasıdır...
Ermənistanda katolikosa qarşı “düymə”yə basılıb
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan üç gün sonra Xankəndində separatçı rejimin “dövlət naziri”, yəni “baş nazir” səlahiyyətlərinin icrasına başlayacaq. O, “hökumət”in yeni tərkibini formalaşdıracaq.
Moskvanın marionetkası olan Vardanyanı Kreml Ermənistanın baş naziri postuna hazırlayır.
Oktyabrın 30-da Xankəndində keçirilmiş mitinq də əslində R.Vardanyanın separatçı rejimin “baş naziri” postuna təyinatına hazırlıq sayıla bilərdi.
Moskvanın onun qarşısına qoyduğu tapşırıq konkretdir. Ruben Vardanyan Ermənistandakı bütün ruspərəst qüvvələri ətrafında birləşdirməli, Kremldən aldığı və bundan sonra da alacağı dəstək sayəsində baş nazir Nikol Paşinyanın ən qısa müddətdə hakimiyyətdən kənarlaşdırılmasına nail olmaqdır.
Daha dəqiq olsaq, Rusiyanın xüsusi xidmət strukturları hazırda Moldovada prezident Mayya Sandunun vəzifədən kənarlaşdırılması üçün tətbiq etdiyi ssenarini İrəvanda da təkrarlayacaq.
Sentyabrın 1-də erməni milyarder R.Vardanyan Rusiya Federasiyasındakı bütün biznesini saxlasa da, nümayişkanarə şəkildə “Rusiya vətəndaşlığından imtina” etmişdi.
Sıravi ermənilər üçün hesablanmış bu jest əslində klounada idi, çünki Rusiyanın hakimiyyət elitasının mənsubları ilə çox sıx təmaslarda olan R.Vardanyan əslində Kremlin marionetkası, təsir agentidir.
Sentyabrın 9-da R.Vardanyan Xankəndində separatçı rejimin rəhbəri Araik Harutyunyanla görüşdü, oktyabrın 4-də isə Vardanyana “baş nazir” postu təklif olundu.
Oktyabrın 15-də R.Varlanyan növbəti təlimatlar almaq üçün Moskvaya yorllandı, 5 gün sonra İrəvana qayıtdı, oradan da Xankəndinə yollandı.
Fəqət, Xankəndi Moskvanın “Ruben planı” üçün sadəcə, start meydanıdır.
Rusiyanın xüsusi xidmət orqanları Ruben Vardanyanı son vaxtlar aşkar şəkildə Qərbə meyllənən və “ağası Rusiyaya xəyanət edən” Nikol Paşinyana sələf hazırlayırlar.
Bu səbəbdən Ruben Vardanyan yaxın günlərdə Ermənistandakı siyasi proseslərə aktiv şəkildə qatılacaq, növbəti parlament seçkilərində baş nazir postuna namizəd qismində iştirak etmək üçün fəal siyasi kampaniyaya başlayacaq.