vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
REGİON  
09:29 | 28 aprel 2022 | Cümə axşamı Məqaləyə 519 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyanın korteji hamilə qadını vurub

Erməni qadın və bətnindəki körpəni xilas etmək mümkün olmayıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanın baş nazir Nikol Paşinyan onun kortejindəki avtomobillərdən birinin vurduğu hamilə qadının atasına zəng edərək başsağlığı verib. Paşinyan qadının atasına deyib ki, bu insident obyektiv şəkildə araşdırılacaq.

Bu barədə məlumatı baş nazir administrasiyası rəhbərinin müavini Taron Çaxoyan verib.

Azatutyun yazır ki, Yerevandakı Paronyan və Leo küçələrinin kəsişməsində avtomobillə vurulmuş 28 yaşlı Sona Mnatsakanyanın və onun bətnindəki uşağın həyatını xilas etmək mümkün olmayıb.

***

Xəbər verilir ki, gənc qadın “Support Our Heroes” (Qəhrəmanlarımıza dəstək verək) təşkilatının təsisçilərindən biri və separatçıların Qarabağda tikdikləri “Tever” mərkəzinin üçün proqramların rəhbəri idi.

Aprelin 27-də hadisədən 24 saat sonra baş nazirin ofisindən insident vaxtı Paşinyanın kortejdəki maşınlardan birində olduğunu təsdiq ediblər.

Bu da qeyd olunur ki, hadisəni törədən avtomobil insidentdən sonra dayanmayıb və yoluna davam edib.

Həmin maşının sürücüsü – yol polisinin korteji müşayiət edən rotasının komandiri hadisə yerinə yalnız iki saatdan sonra qayıdıb. Şəxsin yol hərəkəti və təhlükəsizliyi qaydalarını pozması şübhəsi ilə saxlandığı xəbər verilir.

***

Media və sosial şəbəkələrdə hadisəni əks etdirən ziddiyyətli videogörüntülər yayılıb.

Bunlardan bəzilərində qadının çaşqınlıqla yolu keçməyə çalışdığı, hadisədən sonra isə baş nazir kortejinin dayanmadan yoluna davam etdiyi görünür.

Hadisə törədiləndən sonra kortejin niyə dayanmadığı barədə suala cavab verən Çaxoyan deyib: “Bu halda bütün maşınlar dayanar və yolda, habelə başqa küçələrdə əlavə tıxac yaranar və beləliklə təcili yardım maşının gəlməsinə maneçilik törənərdi”.