vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
14:33 | 6 iyun 2022 | Bazar ertəsi Məqaləyə 682 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Vaxa” ləqəbli snayper öldürülüb

Vladimir Andanov “Vaqner”in muzdlularından ən sərrastı olub

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynada Rusiyanın tərəfində döyüşən “Vaqner” muzdlu hərbi dəstəsinin üzvü, milliyyətcə buryat olan “Vaxa” ləqəbli Vladimir Andanov zərərsizləşdirlib.

Vladimir Andanov “Vaqner”in ən sərrast snayperlərindən biri olub.

Andanov hələ 2014-cü ildən “məşhurlaşıb”. O, Donbasa könüllü kimi gedib, Debaltsevo uğrunda döyüşlərə qatılıb və Loqvinovoda Ukrayna ordusunun hərbi əsirlərinin edamında iştirak edib.

Məlumata görə, Vladimir Andanov  Donbasda dinc əhalinin qətlə yetirilməsində yaxından iştirak edib, sonra isə Suriyaya gedib. Orada “Vaqner”in muzdlu əsgəri olub və yenidən Ukraynaya qayıdaraq Rusiyanın tərəfində döyüşməyə başlayıb.

Andanov Xarkov yaxınlığında məhv edilib. Artıq onun ölümünü “Vaqner” də təsdiqləyib. Snayperin meyitini tezliklə Buryatiyaya çatdırmağı planlaşdırırlar.