vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
17:24 | 6 iyun 2022 | Bazar ertəsi Məqaləyə 888 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yalnız “Dojd”a yaşıl işıq

Latviya Rusiyanın 80 telekanalını qadağan etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Latviyanın elektron media üzrə milli şurası ölkədə 80 Rusiya telekanalının yayımının dayandırılması haqqında qərar qəbul edib. Bundan əvvəl Latviya Rusiyanın əsas dövlət telekanallarının yayımını qadağan etmişdi.

Şuranın rəhbəri İvar Abolinış deyib ki, qadağan ölkənin yeni qanunvericiliynə uyğun olaraq tətbiq edilir.

Bu qanuna görə Latviyanın varlığına hədə təşkil edən ölkələrdə qeydiyyatdan keçmiş media vasitələri ölkə ərazisində yayımlana bilməz. Latviya hazırda Rusiyanı məhz belə bir ölkə hesab edir.

Qərar iyunun 9-dan qüvvəyə minəcək və Abolinışın dediyinə görə “Rusiya Ukraynada müharibəni dayandırıb Krımı qaytaranadək” qüvvədə olacaq.

Söhbət ilk növbədə “E TV”, “İllyuzion+”, “Kino24”, “MirTV”, “Oxota i rıbalka” və başqa Rusiya telekanallarından gedir.

***

Bu da xəbər verilir ki, iyunun 6-da Latviyanın media şurası habelə Rusiyada qadağan edilmiş “Dojd” telekanalının yayımına lisenziya verib.

Bu telekanal 10 il Moskvada fəaliyyət göstərdikdən sonra “feyklər haqqında qanuna” görə mart ayında işini dayandırmalı olub.

Telekanalın baş direktoru Natlaya Sindeyeva deyib ki, “Dojd” kanalının işini davam etdirməsi onun əməkdaşlarının ən müxtəlif ittihamlarla cinayət təqibinə yol aça bilərdi.

Rusiya hazırda Kremlin mövqeyinə zidd məlumatlar verən bütün mediaların fəaliyyətini müxtəlif vasitələrlə məhdudlaşdırır.

“Dojd” telekanalının bir çox işçiləri Rusiyanı tərk ediblər və özlərinin “YouTube” kanallarını açıblar.

Bu telekanalın Latviyada iyunun 9-dan yayımlanacağı gözlənilir.