vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
AVROPA  
11:17 | 8 dekabr 2022 | Cümə axşamı Məqaləyə 1025 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Latviya parlamentində “cadugər”

“Müasir ifritə” kimi tanınan Sanita Petere deputat köməkçisi oldu

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Latviya siyasətində “cadugərlik” haqqında müzakirələr gücləndi. Xüsusi müalicə üsulları ilə “Ağ cadugər” kimi şöhrət qazanan Sanita Petere deputat kimi parlamentə daxil olaraq maraqlı açıqlamalar verib.

Şərqi Avropa ölkəsi Latviyada “müasir ifritə” kimi tanınan Sanita Peterenin deputatın köməkçisi təyin olunması mübahisələrə səbəb olub.

Rusiyanın “Russia Today” (RT) televiziyasının xəbərinə görə, latviyalı deputat Nataļja Marcenko-Jodko özəl üsullarla şəfa səpdiyini iddia edən Sanita Petereni özünə köməkçi edib. Sehrbaz və şəfaçı kimi tanınan qadının yeni qərarı Latviya parlamentinin saytında da açıqlanıb.

Bu xəbər ölkədə heyrətə, o cümlədən bəzi təbəqələrin etirazına səbəb olub.

Yeni vəzifəsi ilə bağlı mətbuata açıqlama verən Petere maraqlı sözlər işlədib və cadugərlərin və sehrbazların artıq Latviya siyasətində çox təsirli olduğunu iddia edib. Parlamentin öz işini görmək üçün çox mükəmməl bir yer olduğunu deyən Peter, “parlamentdə cadugər ola bilməz? Hesab edirəm ki, bizim siyasətdə böyük faydalarımız var”, – deyib.

Daha əvvəl deputatlığa namizədliyi irəli sürülən, lakin seçilməyən Peter daş və kristallarla bədəndəki pis enerjini çıxarmaq üçün “alternativ tibb” üsulu kimi tanınan litoterapiyadan istifadə edir.

Latviya orta əsrlərdə Avropada cadugər ovuna çox rast gəlinən, minlərlə qadının öldürüldüyü ölkələrdən biri olub. Həmin dövrdə Avropa ölkələrində cinlərin və ya pis ruhların sızdığı düşünülən bir çox qadın yandırılaraq öldürülüb. Cadugər ovunun ən çox yayıldığı ölkə isə Almaniya olub.