
Trampın “Axilles dabanı”
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Müharibənin əvvəlində bizi Rusiya nefti almağa təşviq edirdi”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Yaxud Tramp və Ukrayna labirinti
Latviyanın baş naziri Krişyanis Karinış çərşənbə günü ölkənin maliyyə sektorunda nəzarəti gücləndirən üç göstərişə imza atıb.
Karinış fevralın 20-i mətbuat konfransı zamanı “Maliyyə sektorundakı öncəki kosmetik təmir kifayət deyil, kapital təmir lazımdır”, deyə bildirib. Latviyanın baş naziri bildirib ki, onun tərəfindən irəli sürülən Latviya maliyyə sektorunda nəzarətlə bağlı islahat 4 bənddən ibarətdir.
Son illərdə Latviyanın bank sektorunda korrupsiya və çirkli pulların yuyulması ilə bağlı bir neçə skandal olub. Rüşvət almaqla bağlı Latviya Bankının rəhbəri İlmar Rimşeviç həbs olunub. Eyni zamanda ABŞ hökuməti çirkli pulların yuyulması cinayətində Latviyanın ən böyük banklarından olan ABLV Bankı ittiham edib. Avropa Mərkəzi bankı ilk öncə ABLV bankın maliyyə əməliyyatlarını məhdudlaşdırsa da, sonradan baş verən qalmaqal fonunda bankın likvidasiyası haqqında qərar qəbul edib.
Bundan əlavə çirkli pulların yuyulması ilə bağlı “Danske Bank” və “Svedbank” qalmaqalı da Baltikyanı digər ölkələri kimi Latviyadan yan keçməyib.
Bütün bu skandalların fonunda keçən ilin may ayından etibarən Latviyada çirkli pulların yuyulması ilə mübarizədə sərt qanun qüvvəyə minib. Qanun xüsusilə banklara saxta şirkətlər və riskli müştərilərə xidmət göstərməyi qadağan edib.
Latviyada iş quran bir sıra Rusiya şirkətləri bu cür riskli müştərilərdəndir.