vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
OLAY  
10:20 | 22 avqust 2022 | Bazar ertəsi Məqaləyə 6434 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər Zabuxu tərk etdilər

Üçtərəfli bəyanatın şərtləri bunu tələb edirdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənilər Laçın rayonundakı Zabux kəndini tamamən tərk ediblər. Bu kəndin artıq sabiq “sakin”i, “Demokratik Vəhdət” Partiyasının sədri Suren Petrosyan sosial şəbəkələrdə bu barədə məlumat paylaşıb.

Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu dönəmlərdə Ermənistanın həmin məkanların “demoqrafik vəziyyətini dəyişmək” üçün dünyanın müxtəlif ölkələrindən olan erməniləri məskunlaşdırdığı yaşayış məntəqələri arasında Zabux ilə yanaşı, Laçın şəhəri və Sus kəndi də vardı.

Ermənistandan Xankəndinə uzanan və “Laçın dəhlizi” adlandırılan marşrut üzərində olan Laçın şəhərini, Sus və Zabux kəndlərini ermənilər Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən tərk etməli idilər.

Bunun müqabilində Azərbaycan “Laçın dəhlizi”nə alternativ yol çəkib. (Milli.az)