“Killnet”in Litvaya kiberhücumu
Kremyönümlü qruplaşma “Kalininqradın blokadası”nı götürməyi tələb edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Baltikyanı ölkələrdə panika
“Zirzəmiləri sığınacaqlara çevirin”
-
Litvadan prezidentindən Qərbə çağırış
“Rusiyaya illüziya bəsləməyən siyasət daha yaxşı işə yarayıb”
-
Rusiya Bakıda verdiyi sözü 3 gün sonra pozdu
Qarabağda müharibə başlayır?
-
Belarusda təxribatlar gözlənilir
Lukaşenkonun göz yaşları və ya yeni müharibə planları
-
Putinə qarşı xüsusi əməliyyat
Rusiya prezidenti cavab versə də uduzacaq, verməsə də ...
-
Litva Rusiyanın hücumuna inanmır
“Bizi enerji təchizatı sistemindən ayırmaq ehtimalına hazırıq”
-
Patruşev Litvanı hədələdi
“Rusiya ona qarşı “düşmən” hərəkətləri cavabsız qoymayacaq”
-
Aİ nümayəndəsi Rusiya XİN-ə çağırılıb
Kreml Kalininqradın tranzit blokadasına etiraz edib
-
Rusiyanın Litvadan tranzitin bərpası tələbi
Avqustun 10-dan neft daşınması da dayandırılacaq
-
Kalininqrad mallarına sanksiyalar qüvvəyə minir
Litva XİN Avropa Komissiyasını gözləyir
-
Kalininqrad blokadaya düşür
Litva Rusiyadan yük daşınmasının bir qismini dayandırır
-
Litva da “Bayraktar” alır
Sakinlərin topladığı pulla ...
-
Litva Rusiya səfirini qovur
-
Pribaltikalı diplomatlar qovulur
Sankt-Peterburq və Pskovdakı konsulluqlar bağlanıb
-
Müharibə hazırlığı?
NATO müttəfiqləri şərqi Avropaya yeni qüvvələr gətirir
-
Putinin ciddi problemləri
Postsovet məkanındakı canlanma nələrə işarədir?
İyunun 27-də Litvanın dövlət və özəl strukturları kiberhücumdan əziyyət çəkib. Bu barədə Litvanın Milli kibertəhlükəsizlik mərkəzi məlumat verir. Dövlət vergi müfəttişliyinin, Miqrasiya departamentinin, habelə nəqliyyat şirkətləri və bir sıra kütləvi informasiya vasitələrinin (KİV) saytları çalışmayıb.
Milli kibertəhlükəsizlik mərkəzinin direktoru Yonas Skardinskasın sözlərinə görə, hücumlar Rusiyadan həyata keçirilib. Kremyönümlü “Killnet” qruplaşması da artıq məsuliyyəti üzərinə götürüb. Özlərinin “Telegram” kanalında onlar video yayaraq Litvadan “Kalininqradın blokadası”nı götürməyi tələb ediblər, hakerlərin vurğulamasına görə, əks alda hücumlar davam edəcək.
Yonas Skardinskas ehtimal edir ki, yaxın günlərdə ölkənin nəqliyyat, energetika və maliyyə sektorunun saytlarına hücumlar gerçəkləşə bilər.
Hakerlər öz bəyanatlarında Litvanın sanksiyaya düşmüş yükləri daşıyan qatarları öz ərazisindən Kalininqrad vilayətinə buraxmamasını “Kalininqradın blokası” adlandırırlar. Buraya daş kömür, metal, sement, odun və yüksəktexnoloji məhsulların daşınması daxildir.
Litvanın LTG dəmiryol konserninin nümayəndəsi Mantas Dubauskas deyib ki, təmsil olunduğu şirkət Avropa İttifaqının Rusiya və Belarusa qarşı sanksiyalarını icra edir, qadağalar iyunun ortalarına tam qüvvəyə minməli idi.
Rəsmi Moskva Litvanın qərarına sərt şəkildə qarşı çıxaraq bildirib ki, söhbət ixracdan yox, Rusiyanın bir ərazisindən digərinə yüklərin tranzitindən gedir. O, sərt tədbirlər görəcəklərinə söz verib.