vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
12:11 | 13 iyul 2022 | Çərşənbə Məqaləyə 978 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Litvadan prezidentindən Qərbə çağırış

“Rusiyaya illüziya bəsləməyən siyasət daha yaxşı işə yarayıb”

MÖVZU İLƏ ƏLAQƏLİ

Litva Prezidenti Gitanas Nauseda Qərb ölkələrini Vilnüsdən nümunə götürməyə və Rusiya ilə iqtisadi əlaqələri kəsməyə çağırıb. Bu barədə dövlət başçısı Litva Televiziya və Radio Şirkətinə (LRT) müsahibəsində danışıb.

“Düşünürəm ki, biz Litvanı Rusiyanın enerji və iqtisadi şantajına daha davamlı etmək üçün çox işlər görmüşük. Bu gün bəzi digər Qərbi Avropa ölkələrinə baxanda Litvanın bir az daha uzun bir yol qət etdiyini görürəm”, – Baltikyanı ölkənin lideri bildirib.

O xatırladıb ki, Litva digər Avropa ölkələrindən fərqli olaraq özünü Rusiyanın enerji mənbələrindən tamamilə müstəqil elan edib:

“Görə bilərsiniz ki, Rusiya ilə bağlı heç bir illüziya bəsləməyən siyasət indi bəzi Qərb dövlətlərinin başağrısına çevrilən “realpolitik” adlanan siyasətdən qat-qat yaxşı işə yarayıb. Mən onların durumunu başa düşürəm, lakin bu, Litvanın düzgün yol tutduğunu bir daha təsdiqləyir. Digər Qərbi Avropa ölkələri də eyni yolu nə qədər tez seçsələr, bu hamı üçün bir o qədər yaxşı və asan olacaq”. (Report.az)