vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BÖHRAN  
22:11 | 11 iyul 2024 | Cümə axşamı Məqaləyə 308 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Geri çəkilin”

Avstraliya və Rusiya arasında “casus” gərginliyi

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Avstraliyada bir cütlük Rusiyaya casusluq ittihamı ilə saxlanılıb. Rusiyanın Kanberradakı səfirliyi hadisəyə reaksiya verərkən, Avstraliyanın baş naziri Rusiyaya “geri çəkilin” mesajı göndərib.

Avstraliyanın baş naziri Entoni Albanez (Anthony Albanese) Rusiyanın Kanberradakı səfirliyinin Moskva adına casusluq etdiyi iddia edilən cütlüyün saxlanılması ilə bağlı açıqlamasına reaksiya verib.

“ABC News Australia”nın məlumatına görə, baş nazir Brisbendə qatıldığı tədbirdə jurnalistlərə açıqlama verib. Albanez Rusiyanın Avstraliyadakı səfirliyinin Rusiyaya casusluq etdikləri iddia edilən cütlüyün saxlanmasının “anti-Rusiya paranoyyası” alovlandırdığına dair bəyanatını tənqid edib.

Rusiyanın “heç bir etibarlılığı qalmadığını” iddia edən baş nazir, “Rusiyaya mesajım budur: Geri çəkilin" dedi. dedi.

Rusiyanın Kanberradakı səfirliyinin dünən “X” platformasında etdiyi paylaşımda cütlüyün saxlanmasının “Avstraliyada yeni anti-Rusiya paranoyası dalğasını başlatmaq məqsədi daşıdığı” bildirilib.

Qeyd edək ki, Avstraliyada hərbçi Kira Korolev və əri İqor Korolev Rusiyaya casusluq etməkləri şübhəsi ilə saxlanılıb. Rusiya əsilli Avstraliya vətəndaşı olan cütlük Avstraliya Müdafiə Qüvvələrinə (ADF) aid sənədləri Rusiya ilə paylaşmaqda günahlandırılıb.

Nəzarətə alınan cütlük casusluq ittihamı ilə 15 ilə qədər həbs tələbiylə mühakimə olunmaq üçün məhkəməyə sövq edilib.