vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
21:19 | 14 avqust 2024 | Çərşənbə Məqaləyə 347 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Casusluqda ittiham olunurdu

Rusiya şirkətindən pul aldığı iddia edilib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

14.08.24 - Rusiya şirkətindən pul aldığı iddia edilib...

Avstraliyada fəaliyyət göstərən “The Nightly” saytının Rusiya Əmək və Sosial Müdafiə Nazirliyinin sənədlərinə əsaslanaraq verdiyi xəbərə görə, Rusiya ordusu üçün yüksək texnologiya istehsal edən “RusBITech” avqust ayı etibarilə Korolevə yüz minlərlə rubl göndərib.

Xəbərə görə, Moskva adına casusluq etdiyi iddiası ilə Avstraliyada saxlanılan əsgər Korolev 2024-cü ilin birinci rübündə Rusiya Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti (QRU) və Federal Təhlükəsizlik Xidmətindən (FSB) ilə müqavilə əsasında iş görən və dövlət tərəfindən dəstəklənən “RusBITech” texnologiya şirkətindən 113 min 266 rubl (2151 manat) alıb. Xəbərdə “RusBITech”in 2023-cü ilin üçüncü və dördüncü rübündə Korolevə 221 min 739 rubl (4211 manat) göndərdiyi vurğulanıb və Korolevin bu ödənişləri Avstraliya Müdafiə Qüvvələrində (ADF) işləyərkən aldığı vurğulanıb.

Digər tərəfdən, Korolevin tərcümeyi-halında onun 7 il Moskvada teatr sahəsində rejissor köməkçisi işlədiyi qeyd edilsə də, Rusiya Əmək və Sosial Müdafiə Nazirliyinin sənədlərində belə bir qeydin olmadığı bildirilib.

Avstraliyada əsgər Kira Korolev və əri İqor Korolev iyulun 12-də Rusiyaya casusluq etdikləri səbəbi ilə saxlanılıblar. Rusiya əsilli Avstraliya vətəndaşı olan cütlük Avstraliya Müdafiə Qüvvələrinə (ADF) aid sənədləri Rusiya ilə ötürməkdə günahlandırılıb.

Nəzarətə alınan cütlük casusluq ittihamı ilə 15 ilə qədər həbs tələbi ilə mühakimə olunmaq üçün məhkəməyə sövq edildi.