

Dehli Tokionun təklifi ilə razılaşmır
Alyans kvant texnologiyasına üstünlük verib
Yaşca kiçiklər üçün sosial media hesabları yaratmaq mümkün olmayacaq
Avstraliya səfirinin paylaşımı diplomatik böhrana səbəb oldu
Sistem səhvinə görə 80 faiz endirimlə satılan uçuş biletləri ləğv ediləcək
19 milyard dollarlıq bərpaolunan enerji layihəsi üçün icazə veririldi
Vaşinqton Seula 3,5 milyardlıq hücum helikopterləri satdı, Avstraliya-İndoneziya saziş imzaladı
Rusiya şirkətindən pul aldığı iddia edilib
3,5 il ərzində 860 qəza və 7 ölüm hadisəsi
21 nəfərin öldüyü yük gəmisinin qalıqları tapıldı
Avstraliya və Rusiya arasında “casus” gərginliyi
Kiçik tarixi, iqtisadi araşdırma
“İllər boyu davam edəcək fəlakət yaddaşlarımızda olanların ən pisidir”
“Rusiyanın qələbəsi digər “təcavüzkar ölkələri” gücləndirə bilər”
Yaxud senatın bədnam qətnaməsinə bəraət qazandıran “müxalifətçilər”
“Dünya indi Pekinin Ukrayna ilə bağlı hərəkətlərini izləyir”
Avstraliyada əyləncə parkında işləyən heyvan baxıcısı bazar ertəsi səhər pələngin hücumuna məruz qalıb, qolundan və çiynindən xəsarət alıb. Hadisə Kvinslendin sahilində, Kumera yaxınlığındakı “Dreamworld”də baş verib. Bu, vəhşi təbiət parkını da əhatə edən əsas turistik yerdir.
Qızıl Sahil Universiteti Xəstəxanasına aparılan 40 yaşlarında olan yaralı qadının vəziyyətinin stabil olduğu bildirilir.
Sentyabrın 2-də səhər saat 9 radələrində pələngə qulluq edən qadın böyük pişiyin hücumuna məruz qalıb, park rəsmiləri bunu nadir hadisə kimi qiymətləndiriblər.
"Dreamworld” rəsmiləri etiraf edib ki, parkdakı təlim keçmiş pələnglərdən biri ilə baxıcısı arasında insident baş verib. Komanda üzvünü qorumaq “Dreamworld”un ilk diqqət mərkəzindədir. Bu, nadir hadisədir və biz buna uyğun olaraq hərtərəfli araşdırma aparacağıq”.
“Queensland” Təcili Yardım Xidmətindən Castin Peyn, zədədən qanaxmanın əyləncə parkının ilk yardımçıları tərəfindən “çox yaxşı” idarə edildiyini söylədi: “Baxıcının rəngi olduqca solğun idi və özünü yaxşı hiss etmirdi, lakin xəstəxanaya apara bildik”.
“O, “Dreamworld”də təcrübəli və yüksək səviyyəli qayğı göstərənlərdən biridir. Biz onun yaxşı təlim keçdiyinə inanırıq və oradakı digər yardımçı heyətin ona yaxşı baxdığını görmək çox xoşdur”.
“Dreamworld”un 9 sumatran və benqal pələngləri var və parka gələnlər tunelləri seyr edərək onlara o qədər yaxın olur ki, hətta pələngin nəfəsi hiss oluur.
Park, 13 və daha yuxarı yaşlı ziyarətçilərin 15 dəqiqə maşa ilə pələngləri yedizdirə bilmək üçün ödənişli təcrübə təklif edir. 13-15 yaş arası ziyarətçiləri bu təcrübədə park əməkdaşı müşayiət etməlidir.
2011-ci ildə Kato adlı 9 yaşlı erkək benqal pələngi parkda iki ayrı gözətçini dişləmişdi.