
Kral Çarlzın sevimli oğlu dəyişdi
“Vəliəhd şahzadə üçün pis xəbər”
“Vəliəhd şahzadə üçün pis xəbər”
Avropa ən çox təsirlənən bölgələrdən biridir
Şimali Koreyalı hakerlərin məlumatları sızdırıldı
Avropa ölkəsində dövlət və səhiyyə qurumlarına kiber hücum
Çinli hakerlər “Microsoft”un lokal sistemlərindəki boşluqlarından istifadə edirlər
Atəşkəsdən sonra İran–İsrail savaşında yeni cəbhə – Kibermüharibə
Dələduzlar süni intellektdən istifadə edərək yeni fırıldaq üsulları hazırlayır
Minlərlə Şimali Koreyalı şirkətlərə sızıb, ABŞ tədbir görür
Xəstəxanaya kiberhücum xəstənin ölümünə səbəb olub
Almaniyanın bir əyalətində bütün polis telefonlarına haker hücumu olub
16 milyard istifadəçi dataları ələ keçirildi
“Fasana” ciddi hücumdan sonra iflas dərəcəsindədir
Uzaqdan işləməklə şəxsi məlumat oğurladılar və casusluq etdilər
Hollandiya kəşfiyyatı: “Rus hakerlər bütün polis məlumatlarını ələ keçirdilər”
... Texniki sübut, yoxsa siyasi şübhə?
58 000-dən çox cihaz haker proqramların qurbanı olub
Böyük Britaniyanın ən böyük pərakəndə satış şəbəkələrindən olan “Co-Op” kiberhücuma məruz qalıb. 2300-dən çox filialı olan supermarketlər şəbəkəsi keçən həftə kiberhücumdan sonra təchizat böhranı ilə üzləşib. Şirkət hakerlərin sistemlərinə hücum etmək üçün "davamlı və zərərli" cəhdlərindən sonra çatdırılma sistemini müvəqqəti olaraq dayandırdığını bildirib.
Londondakı “Co-Op” mağazalarından paylaşılan şəkillərdə rəflərin, xüsusən də meyvə-tərəvəz, süd rəflərinin boş olduğu görünür. Bəzi soyuducu kameraların üzərində “Bağışlayın, hazırda bəzi məhsullarda ehtiyat çatışmazlığı yaşayırıq” kimi xəbərdarlıqlar asılıb.
***
Hücumu həyata keçirən “Dragonforce” haker qrupu olub. Qrup “Co-Op”un İT sistemini sındıraraq həm müştərilərə, həm də işçilərə aid şəxsi məlumatları, onların ünvanları və telefonları ilə birlikdə əldə etdiyini iddia edib.
BBC-nin məlumatına görə, hakerlər “Microsoft Teams” vasitəsilə birbaşa şirkətin kibertəhlükəsizlik rəhbərinə “Salam, məlumatlarınızı oğurladıq”, – deyə mesaj göndəriblər.
Hakerlərin digər yüksək səviyyəli menecerlərə də mesaj göndərdikləri və şirkəti şantaj edəcəkləri ilə hədələdikləri bildirilib. Hakerlər ingilis dilindən sərbəst istifadə etdikləri üçün işçiləri aldadaraq sistem parollarını və çox faktorlu autentifikasiya (MFA) məlumatlarını əldə ediblər.