
Kral Çarlzın sevimli oğlu dəyişdi
“Vəliəhd şahzadə üçün pis xəbər”
“Vəliəhd şahzadə üçün pis xəbər”
Avropa ən çox təsirlənən bölgələrdən biridir
Şimali Koreyalı hakerlərin məlumatları sızdırıldı
Avropa ölkəsində dövlət və səhiyyə qurumlarına kiber hücum
Çinli hakerlər “Microsoft”un lokal sistemlərindəki boşluqlarından istifadə edirlər
Atəşkəsdən sonra İran–İsrail savaşında yeni cəbhə – Kibermüharibə
Dələduzlar süni intellektdən istifadə edərək yeni fırıldaq üsulları hazırlayır
Minlərlə Şimali Koreyalı şirkətlərə sızıb, ABŞ tədbir görür
Almaniyanın bir əyalətində bütün polis telefonlarına haker hücumu olub
16 milyard istifadəçi dataları ələ keçirildi
“Fasana” ciddi hücumdan sonra iflas dərəcəsindədir
Uzaqdan işləməklə şəxsi məlumat oğurladılar və casusluq etdilər
Hollandiya kəşfiyyatı: “Rus hakerlər bütün polis məlumatlarını ələ keçirdilər”
Pərakəndə satış şəbəkəsinin serverinə girən hakerlər sistemi iflic edib
... Texniki sübut, yoxsa siyasi şübhə?
58 000-dən çox cihaz haker proqramların qurbanı olub
İngiltərədəki Milli Sağlamlıq Xidməti (NHS) təşkilatlarından biri olan “King's College Hospital Foundation” keçən il baş verən kiberhücum ilə bir xəstənin ölümü arasında birbaşa əlaqənin olduğunu açıqlayıb.
Xəstəxanaya edilən hücumda bir xəstə uzun müddət qan analizinin nəticəsini gözlədikdən sonra “gözlənilmədən” dünyasını dəyişib. Xəstəxananın açıqlamasına görə, təhlükəsizlik araşdırması ölümcül hadisədə bir çox amillərin rol oynadığını ortaya qoydu. Bunlardan biri də hücum səbəbiylə laboratoriya xidmətlərinin kəsilməsi idi.
***
Hücum 3 iyun 2024-cü ildə, xüsusilə Londonun cənub-şərqində geniş bir ərazidə qan testi xidmətləri göstərən “Synnovis” adlı İT şirkətinə qarşı həyata keçirilib. Şantaj proqramı vasitəsilə təşkil edilən hücumun Rusiyada yerləşən “Qilin” adlı haker qrupu tərəfindən həyata keçirildiyi güman edilir.
Bu kiberhücum səhiyyə sistemini ciddi şəkildə iflic etdi. Ümumilikdə 1100 xərçəng müalicəsi təxirə salınıb, 2000-dən çox ambulator qəbulu ləğv edilib, mindən çox əməliyyat gecikdirilib.
“King's College Hospital, Guy's” və “St Thomas'”, “Lewisham” və “Greenwich” xəstəxanaları ilə yanaşı, altı müxtəlif bölgədə xidmət göstərən ilkin tibb müəssisələri və iki psixi sağlamlıq müəssisəsi də hücumdan zərər gördü.
Xəstəxana rəsmiləri ölən xəstənin ailəsi ilə görüşdüklərini və təhlükəsizlik araşdırmasının nəticələrini paylaşdıqlarını da açıqlayıblar.