Rusiyanın xam xəyalı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
20:55 | 27 may 2025 | Çərşənbə axşamı
Məqaləyə 435 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Hollandiya kəşfiyyat orqanları ötən il ölkənin polis qüvvələrinə kiberhücumun Kremllə əlaqəsi olduğu güman edilən, əvvəllər naməlum rus haker qrupu tərəfindən həyata keçirildiyini açıqlayıb.
“Camaşırxana ayısı” (“Laundry Bear”) adlı bu qrupun Avropa Birliyi və NATO ölkələrindən məxfi məlumatları oğurlamağa çalışdığı və böyük ehtimalla Rusiya dövləti tərəfindən dəstəkləndiyi bildirilir.
MIVD hərbi kəşfiyyat agentliyinin rəhbəri vitse-admiral Peter Risink bildirib ki, qrup Qərb hökumətlərinin hərbi texnika alması və istehsalı ilə bağlı məlumatları, eləcə də Ukraynaya silah göndərilməsinin təfərrüatlarını əldə etməyə çalışır. Hələlik Moskvadan bu iddialarla bağlı heç bir açıqlama verilməyib.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayandan və Kiyevi “F-16” qırıcıları da daxil olmaqla hərbi texnika ilə təmin edəndən bəri Hollandiya Ukraynanın ən güclü dəstəkçilərindən biri olub.
Keçən sentyabr ayında həyata keçirilən hücumda hakerlər polis sisteminə sızaraq Hollandiyadakı bütün polis məmurlarının işlə bağlı əlaqə məlumatlarına giriş əldə ediblər. Bu hadisə polisdə böyük şok yaradıb.
Hollandiya kəşfiyyat rəsmiləri haker qrupunun kompüter şəbəkələrinə və bulud xidmətlərinə necə sızdığının təfərrüatları ilə bağlı hesabat dərc ediblər. AIVD yerli kəşfiyyat agentliyinin rəhbəri Erik Akerbum bildirib ki, məlumat təkcə hökumətlərə deyil, həm də istehsalçılara, təchizatçılara və digər potensial hədəflərə bu cür casusluq cəhdlərindən qorunmağa kömək edəcək.
“Bu məlumat “Laundry Bear”ın uğur şanslarını azaltmaq və rəqəmsal şəbəkələri daha yaxşı qorumaq üçün vacibdir”.
Hollandiyadakı bu hücum, dünyada artan oxşar hadisələrin bir hissəsidir. Ötən həftə ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) Rusiya hərbi kəşfiyyatı üçün işləyən hakerlərin Ukraynaya yardım göndərən Qərb texnologiya və logistika şirkətlərini hədəf aldığını açıqlamışdı. Fransa hökuməti keçən ay Paris Olimpiadasını, dövlət qurumlarını və özəl şirkətləri hədəf alan üç illik kiberhücum kampaniyasında Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli haker qrupunu günahlandırıb.