Avropa adam axtarır
Putinlə danışıqlar üçün bir neçə namizəd var
16:22 | 29 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 355 dəfə baxılıb
Şriftin ölçüsü
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Çəkilmə təhdidi olsa da, Avropanın ABŞ-dən asılı qalmasına çalışılır
Daha bir Avropa ölkəsində 72 saatlıq böhran ehtiyatı xəbərdarlığı
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Tehran Avropaya yaxınlaşaraq Vaşinqton üzərində təzyiqi artırmağa çalışır
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
“Blokadanızı donanmamızla yararıq”
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
3 moda evi qiymət maxinasiyalarında günahlandırlır
Avropa Birliyi (AB) Maltanın bir müddətdir istifadə etdiyi “qızıl pasport” sisteminə son qoymaq qərarına gəlib. AB-nin ən yüksək məhkəmə orqanı Avropa Ədalət Məhkəməsi Maltanın “qızıl pasport” kimi tanınan uzunmüddətli investisiya üçün vətəndaşlıq proqramının Avropa prinsipləri ilə bir araya sığmadığına qərar verib. Məhkəmə Maltanı bu təcrübəyə son qoymağa çağırıb.
***
2014-cü ildən qüvvədə olan proqram 1 milyon avroya yaxın sərmayə qoyan əcnəbilərə Malta vətəndaşlığı almağa imkan verirdi. Bu vətəndaşlıq sayəsində müraciət edənlər təkcə Maltada deyil, bütün AB ölkələrində yaşamaq və işləmək hüququ qazanırdılar. Bununla belə, Avropa Komissiyası 2022-ci ildə bu təcrübənin AB-nin fundamental dəyərlərinə zidd olduğunu əsas gətirərək məsələni məhkəməyə verdi.
Avropa Ədalət Məhkəməsi üzv dövlətlərin öz vətəndaşlıq siyasətlərini müəyyən etmək hüququnun olduğunu vurğulasa da, Malta təcrübəsinin "vətəndaşlığı ticarət obyektinə endirdiyi" və AB daxilində qarşılıqlı etimadı sarsıtdığı fikrini bölüşür.
“Əvvəlcədən müəyyən edilmiş sərmayə və ya ödəniş müqabilində vətəndaşlığın verilməsi fərd və üzv dövlət arasında təbii bağın və həmrəylik münasibətlərinin formalaşmasına mane olar. Bu, AB daxilində qarşılıqlı etimadı sarsıda bilər”, – qərarda deyilir.
Başqa sözlə, məhkəmənin fikrincə, Maltanın təcrübəsi təkcə milli məsələ deyil, Avropa Birliyini təhdid edən problemdir.