vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 31 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TƏBİƏT, İQLİM, FƏLAKƏT  
Dəniz sahilində ağ köpük xəbərdarlığı 16:14 | 18 mart 2025 | Çərşənbə axşamı Məqaləyə 148 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dəniz sahilində ağ köpük xəbərdarlığı

Avstraliyada balıqlar ölür, çimərliklər bağlanır

CAVİD

Avstraliyanın cənub əyalətinin sahillərində ağ rəngli köpüklər meydana gəlib. Onlarla balığın öldüyü hadisədən sonra ərazidəki sörfçülərin də xəstələndiyi bildirilib. Bölgədəki 2 çimərliyin istifadəyə bağlandığı bildirilib.

Cənubi Avstraliyanın Adelaide çimərliklərində Su ilə təmasda olan sörfçülərin gözlərinin yanmasından, boğaz ağrısından və öskürəkdən şikayətləndiyi, hadisədən sonra ərazidəki iki çimərliyin istifadəyə bağlandığı bildirilib.

Cənubi Avstraliya Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəsmisi Sam Qaylard, bu hadisənin qeyri-adi hava şəraitinin gətirib çıxardığı mikroyosun çiçəklənməsinin səbəb ola biləcəyi ehtimalını qiymətləndirdiklərini deyib. “Hava şəraitinin uyğun olduğu ilin bu vaxtında təcrid olunmuş mikro yosunların zaman-zaman çiçəkləndiyini görürük, lakin bu, əlbəttə ki, böyük bir hadisədir”.