
6000 iş yeri təhlükədə
Ölkənin ən böyük alüminium zavodu bağlanmaq təhlükəsi ilə üz-üzədir
Ölkənin ən böyük alüminium zavodu bağlanmaq təhlükəsi ilə üz-üzədir
Avstraliya Asiya-Sakit okean regionundan narahatdır
Avstraliya Çindən izahat tələb edir
“Sənin yerin mətbəxdədir” sözlərinə görə üzərinə benzin töküb
Dünya xəritəsi yenidən formalaşa bilər
Milyon dollardan çox borcu olan şəbəkə barədə araşdırma başlayıb
58 000-dən çox cihaz haker proqramların qurbanı olub
... Ərinin ailəsini şam yeməyinə dəvət edib zəhərli göbələklər yedirdi
... Üstəlik ev və avtomobil də dövlətdən
Həkimlik və müəllimlik peşələri təhlükədə
Hadisədən sonra huşunu itirən avstraliyalı pəltək olub
Xırda növ yırtıcıların qısa, kəskin klik səsləri çıxardığı məlum olub
Hər kəsə təsir edəcək böyük təhlükə – dünya ekosisteminə dəhşətli zərbə
Avstraliyada balıqlar ölür, çimərliklər bağlanır
Avstraliyalı nazir: “İlk növbədə ABŞ administrasiyasının nə istədiyini öyrənmək lazımdır”
Dünya tibb tarixində bir ilk – Avstraliyalı xəstə 100 gün sağ qala bildi
Kürəyində narıncı Maori səkkizayaqlısını daşıyan böyük köpəkbalığının görüntüləri dünya mətbuatının gündəminə çevrilib. 2023-cü ilin dekabrında Yeni Zelandiya sahillərində çəkilmiş görüntülər yenicə ortaya çıxıb.
Ölkənin şimalındakı Hauraki körfəzində ov mövsümünü yaxından izləyən alimlər üç metr uzunluğundakı köpəkbalığı üzərində dayanan səkkizayaqlını müşahidə ediblər.
Oklend Universitetinin dəniz elmləri üzrə alimi Roşel Konstantin, “Əvvəlcə köpək balığının üzərindəki narıncı işarənin yara olduğunu düşündük. Əvvəlcə düşündüm ki, bu şamandıradır? O, balıq ovu qurğusuna düşüb və yaxud qarpun yarası alıb”, – deyib.
Pilotsuz aparatla yaxından nəzər saldıqda, bunun səkkizayaqlı olduğu məlum olub.
Maori səkkizayaqlısı cənub yarımkürəsində ən böyük növdür. Alimlər adətən dənizin dibində rast gəlinən səkkizayaqlını o əraziyə nadir hallarda baş çəkən nəhəng köpəkbalığının üzərində görəndə təəccübləniblər.
"Köpəkbalığı 10 dəqiqədən sonra gözdən itdi, ona görə də sonra nə baş verdiyini sizə deyə bilmərəm. Ancaq səkkizayaqlı bu təcrübəni uzun məsafədə davam etdirmiş ola bilər. Dünyanın ən sürətli köpək balığı növləri olan şişburunun sürəti saatda 50 kilometrə çata bilir”, – Konstantin deyib.
Alim əlavə edir ki, bu qeyri-adi hadisə dəniz və okean həyatı haqqında nə qədər naməlum olduğunu göstərir: “Köpəkbalığı-səkkizayaqlı qarşılaşması bizə okeanın sirlərini bir daha xatırladır. Okeanoqraf olmağın ən yaxşı tərəflərindən biri odur ki, dənizdə nə görəcəyini heç vaxt bilmirsən. Mühafizə təşəbbüslərini dəstəkləməklə bu kimi qeyri-adi anların baş verməsini təmin edə bilərsiniz”.