
Rejimin qalstuklu nökərləri
Fars şovinistləri qiyafətini dəyişər, xasiyyətini yox
Fars şovinistləri qiyafətini dəyişər, xasiyyətini yox
Rejimin rəng korluğu psixoloji impotensiyadan qaynaqlanır
Qarasu çayı kimyəvi maddələrlə çirkləndirlir, əhalinin həyatına təhlükə
Çempion doğma meydana daxil olarkən təpədən-dırnağa Türklük ab-havası yarandı
Ərdəbildə cümə axşamı iş olmayacaq, iş saatları 6:00-13:00 aralığına çəkildi
Türk komandasının qələbəsi fars mərkəzli təşkilatları çox narahat edib
Ərdəbilli yeniyetmə dünyanın ən güclüsü seçildi
Bu millətin, ikiyə bölünmüş VƏTƏNin QƏLƏBƏsidir
Təbrizlilər çempionatın bitməsinə 2 tur qalmış birinciliyini rəsmiləşdirdi
Proqramlaşdırma kitabı Azərbaycan türkcəsinə tərcümə edilib
Fars-molla rejiminin Pezeşkianın Bakıya gəlişi ərəfəsində anti-Azərbaycan tədbiri
Ana dilində təhsil haqqına fars-molla rejiminin əlaltılarının yanaşması
Bir beytlik şeir deyil, milyonlarla türkün boğulan səsi və pozulan haqları söylənməlidir
Quzeyin Güneyə dair hansı konsepsiyası var?
Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb
Molla Qulamrza Həsəni Sulduzda yaşadığı tarixi özü danışır
Son günlərdə iki böyük olay yaşandı. Azərbaycana, bütün bölgəyə böyük potensial təsiri olan iki önəmli olay baş verdi.
Biri Türkiyədə siyasi böhrandır.
Orada siyasi çəkişmənin içində olan iki tərəfin ikisi də Azərbaycana yaxındır, doğmadır. Onları dəstəkləyən Türkiyə vətəndaşları da.
Türkiyə kimi seçərsə, dəstəkləyərsə onun öz işidir.
Azərbaycan üçün ammalar, nüanslar var hər halda.
İndiki iqtidarın, özəl olaraq Rəcəb Tayyib Ərdoğanın Azərbaycan üçün əvəzsiz rol oynadığı danılmazdır. İqtidar düşərgəsindəki MHP başqanını da bu sıradadır.
Yəni, bu gün iqtidarda var, sabah olmasa belə, ona bir böyük sayğı və sağ ol borcu olacaq hər zaman.
Burası ayrı.
Azərbaycan üçün arzuolunmaz nədir bu olayda?
Sabitliyin, Azərbaycana bağlı siyasətdə varisliyin, ardıcıllığın qorunması, qalması, dövlət institutları arasında işbirliyinin bir an belə kəsilməməsi, Türkiyənin başının iç böhranlara qarışmaması, dış siyasətdə və işlərdə aktivliyin azalmaması, hədəflərdən yayınmaması.
İkinci önəmli olay Urmiyada baş verənlərdir.
1988-ci ildə Xankəndi-Ağdam yolunda baş verən, iki gəncin ölümü ilə sonuclanan olay (22 fevral - Xankəndi-Ağdam yolunda Əsgəran qəsəbəsinin yaxınlığında erməni millətçiləri DQMV-nin Xalq Sovetinin yuxarıda qeyd olunan qərarına etiraz edən azərbaycanlıların dinc nümayişini atəşə tutmuşlar. Nəticədə iki gənc azərbaycanlı həlak olmuşdur) sonradan Azərbaycan və Erməni xalqları arasında ağır, qanlı savaşa çevrildi.
10 minlərlə ölüm, 100 minlərlə qaçqın, dağılmış, yerlə yeksan olmuş şəhərlər, kəndlər, qırılmış talelər, insan əzabları.
Savaş da, yaralardan axan qan da bitməyib hələ də.
Urmiyadakı olayın buna gətirəcəyini demirəm, amma risk çox böyükdür. Urmiya, Qərbi Azərbaycan bölgəsinin Türkiyəyə bitişik zonası böyük geosiyasi toqquşma zonasına çevrilə bilər. Bunu hədəfləyənlər az deyil.
Türkiyədə böhranın dinc, qanun çərçivəsində, siyasi institutları, güc institutlarını laxlatmadan, zədələmədən çözülməsi həm də buna görə gərəklidir.