İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
20:16 | 25 mart 2025 | Çərşənbə axşamı
Məqaləyə 439 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İranın xarici işlər naziri Abbas Araqçının 24-25 mart tarixlərində Ermənistana səfəri məhsuldar olub. O, erməni həmkarı Ararat Mirzoyanla geniş fikir mübadiləsi aparıb, ayrıca baş naziri Nikol Paşinyanla görüşüb və ona İran Prezidenti Məsud Pezeşkianın salamını çatdırıb. Abbas Araqçı Tehranın “ənənəvi” açıqlamalarını İrəvanda təkrarlayıb. İranlı diplomat bölgədəki sərhədlərin toxunulmazlığını vurğulayıb. Tehran yenə ünvanı səhv salıb. Azərbaycan torpaqları işğal altında olarkən, İran rəsmilərinin İrəvana səfərləri zamanı “sərhədlər toxunulmazdır” ifadələrini xatırlamıram. Çünki, o zaman erməni rəsmiləri bunu Tehranın Azərbaycanın ərazi bütövlüyünə dəstək kimi anlaya bilərdirlər. İran rəsmiləri isə erməni həmkarlarını narahat etməmək üçün sərhədlərin toxunulmazlığı barədə açılama vermirdilər, həm də Dağlıq Qarabağın Ermənistanın işğalı altında olması Tehranı zərrə qədər də narahat etmirdi.
Baş nazir Nikol Paşinyan iranlı diplomatla görüşdə Ermənistanın sülh gündəliyinin həyata keçirilməsinə sadiq olduğunu deyib. Araqçı bu yanaşmaya İranın dəstəyini ifadə edib. “İran Ermənistan və Azərbaycanı tezliklə sülh müqaviləsi bağlamağa çağırır” – bu da Akarçının İrəvanda verdiyi bir başqa açıqlamadır. Nə əcəbsə, İranı təmsil edən şəxs bu dəfə “Zəngəzur dəhlizinin əleyhinəyik” tipli açıqlama verməyib. Görünür, artıq buna ehtiyac yoxdur. Çünki, Nikol Paşinyanın özü dəhlizin əleyhinə olduğuna görə, Tehranın baş nazirin bu siyasətindən narahatlığı azalıb. Digər tərəfdən İran ərazisindən Naxçıvana nəqliyyat dəhlizi olacaq. Bu dəhliz işə düşərsə, Zəngəzur dəhlizinin əhəmiyyəti azalacaq. Əslində, Tehran bununla İrəvana pislik edir. Çünki, Paşinyan Zəngəzur dəhlizinə razılaşsaydı, Ermənistan Orta dəhlizin tərkib hissəsi olacaqdı, belə də isə İran Ermənistanı qabaqlayacaq.
Abbas Araqçı üçün İrəvanda başqa bir önəmli hadisə də baş verib. Ermənistan Xarici İşlər Nazirliyi Araqçının “Danışıqların gücü” kitabını erməni dilinə çevirərək iranlı diplomatın iştirakı ilə təqdimatını keçirib. Kitabın adı Tehranın siyasətinə uyğun gəlmir. Tehranın gücü danışıqlarda olsaydı, bu qədər dövlətlə münasibətlərdə gərginlik içində olmazdı. Keçəl dərman bilsə, öz başına sürtər. İranın gücü danışıqlarda deyil, qonşu dövlətlərin daxili işlərinə qarışmaq cəhdlərində, müxtəlif silahlı qrupları dəstəkləməkdədir.