vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
17:11 | 3 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 283 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Homoseksual status ölkəni qarışdırdı

Avstraliya səfirinin paylaşımı diplomatik böhrana səbəb oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Sosial media hesabında homoseksuallığı təşviq edən paylaşım edən Avstraliyanın Tehrandakı səfiri Yan Makkonvil İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

İran Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, səfir Makkonvil sosial media hesabında “təcizedici” paylaşım etdikdən sonra XİN-ə çağırılıb və sözügedən məzmuna etiraz edildiyi bildirilib.

Avstraliya səfirinə məlumat verilib ki, sözügedən vəzifə İran və İslam mədəniyyətinə və diplomatik nümayəndələrin olduqları ölkələrin qanun və qaydalarına hörmətlə bağlı davranışlarını tənzimləyən Vyana Diplomatik Konvensiyasına ziddir və o, belə halların təkrarlanmasından çəkinməlidir.

Makkonvil isə İran xalqını və dəyərlərini təhqir etmədiyini və yazısında İranın adının çəkilmədiyini, Tehranın məsələ ilə bağlı mövqeyini hökumətinə çatdıracağını bildirib.

Avstraliyanın Tehrandakı səfiri Makkonvil səfirliyin “İnstaqram” hesabında homoseksuallığı təşviq edən paylaşım edib: “Bu gün və hər gün hər kəsin, xüsusən də LGBT+ gənclərinin özləri olmaqdan qürur duya biləcəyi dəstəkləyici bir mühit yaratmağa sadiqik”.

Sözügedən yazı ölkədə bir çox insanın reaksiyasına səbəb olub.