vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DÜNYA  
15:08 | 14 avqust 2024 | Çərşənbə Məqaləyə 240 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Elektrikli skuterlərə qadağa

3,5 il ərzində 860 qəza və 7 ölüm hadisəsi

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avstraliyanın Viktoriya ştatının paytaxtı Melburnda təhlükəsizlik səbəbilə elektriklə işləyən skuterlərin kirayəsi qadağan edilib.

“ABC News”un məlumatına görə, şəhər şurası təhlükəsizlik təhlükəsi yaratdığını əsas gətirərək kirayə verilən elektrik skuterlərinin qadağan edilməsinə qərar verib. Şura üzvləri qərarı 6 əleyhinə 4 əleyhinə səslə təsdiqləyib.

Buna uyğun olaraq, şəhərdə elektrik skuter kirayəsi xidməti göstərən və müqavilələrində 6 ay qalan “Lime” və “Neuron” şirkətləri skuterlərini 30 gün ərzində yığmalıdırlar.

Melburn meri Nikolas Ris açıqlamasında skuter istifadəçilərinin pis davranışından bezdiyini bildirib. Ris qeyd edib ki, həddən artıq çox insan skuterlərini səkidə sürür, düzgün park etmir və bu da digər insanlarə narahat edir.

Ştatın qubernatoru Cakinta Allan isə skuterlərin ictimai nəqliyyatda bir seçim olmasının faydalı olduğunu və Melburn Bələdiyyəsinin bu qərarı verərkən “tələsik” davrandığını söyləyib. Allan bələdiyyədən qadağa qərarına yenidən baxmağı xahiş edib.

Digər tərəfdən, “Lime” şirkəti skuterlərin qadağan edilməsinin bölgə sakinləri üçün təhlükəsizliyi azaltmayacağını bildirib.

Viktoriya əyalət polisinin məlumatlarına görə, 1 dekabr 2021-ci il və 31 iyul 2024-cü il tarixləri arasında ştatda 860 elektrik skuter qəzası baş verib. Bu qəzalarda ümumilikdə 7 nəfər həlak olub.