vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
AMERİKA  
09:11 | 18 iyul 2024 | Cümə axşamı Məqaləyə 195 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mask Kaliforniyanı tərk edir

“Qubernatorun imzaladığı gender qanunu uşaqlar üçün təhlükəlidir”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

“Tesla” və “SpaceX” kimi şirkətlərin sahibi Elon Mask Kaliforniya qubernatoru Qeyvin Nyusomun müəllimlərin uşağın icazəsi olmadan gender məlumatlarını valideynlərlə paylaşmasını qadağan edən qanunu uşaqlar üçün təhlükəli olduğunu bildirib.

ABŞ-dan müstəqil jurnalist və yazar Mixail Şellenbergerin “X” sosial şəbəkəsindən mövzu ilə bağlı apardığı təhlili dəstəkləyən Mask, “Bu qanunun uşaqlar üçün nə qədər təhlükəli olduğuna dair mükəmməl təhlilinizə görə təşəkkür edirəm”, – şərhini yazıb.

Şellenberger öz təhlilində Kaliforniya qubernatorunun “qanunun uşaq-valideyn münasibətlərini qoruduğunu və hökumətin ailə məsələlərinə yersiz müdaxilə etməsinə mane olduğunu” iddia etdiyini ifadə edərək, “Bu dezinformasiyadır”, – deyib.

Qanunun məktəblərin uşaqların əks cins olduqlarına və yanlış bədəndə doğulduğuna inanmağa başladıqları zaman valideynlərinə bu vəziyyəti izah etmələrinin qarşısını alacağını qeyd edən Şellenberger, “bu təhlükəli bir vəziyyətdir, çünki sonrakı addımda həkimlər bu uşaqlara cinsi yetkinlik dərmanları, əks cinsi hormonlar verəcək və son müalicə olan əməliyyat təklif edəcəklər”, – qiymətləndirməsini edib.

Mask, qubernatorun qərarının “son damla” olduğunu söyləyib və “SpaceX” və “X” sosial şəbəkəsinin qərargahlarını Kaliforniyadan Texasa köçürməyə qərar verib.