vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
18:21 | 29 iyul 2024 | Bazar ertəsi Məqaləyə 382 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Seçkilərə müdaxilə edir”

İlon Maskdan “Google”a “Donald” reaksiyası

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

“X” (“Twitter”) sosial platformasının sahibi, “Tesla” elektrik avtomobilləri və “SpaceX” kosmik şirkətinin qurucusu İlon Mask bildirib ki, “Google” prezidentliyə namizəd Donald Trampa senzura tətbiq edib. Paylaşdığı skrinşotda Mask şirkəti seçkilərə müdaxilə etməkdə ittiham edib, çünki Tramp “Donald” yazılan zaman axtarış sisteminin ilk nəticələrində görünmür.

Mask iddia edib ki, ilk axtarış nəticələri Donald Trampı cəzalandırmaq üçün “Prezident Donald Duck” və “Prezident Donald Regan” olub.

Trampı dəstəkləyən Mask, “Seçkilərə müdaxilə etsələr, böyük bəlaya düçar olacaqlar”, – deyib.

Trampın seçki kampaniyasına hər ay 45 milyon dollar bağışladığı bildirilən Elon Musk, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin seçiləcəyi təqdirdə ABŞ-ın Venesuelaya dönəcəyini düşündüyünü də bildirib.

“Wall Street Journal” sorğusuna əsasən, seçicilər Trampa 49 faiz, Harrisə 47 faiz səs verib.