Elon Mask “Twitter”də paya sahibləndi
Hadisə sosial şəbəkənin səhmlərinin 25 faiz bahalaşmasına səbəb oldu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Maskı soydular
Braziliyalı hakim “X” platformasına tətbiq etdiyi 3 milyon avro cəriməni milyarderin digər şirkətinin bank hesabından çıxarıb
-
Mask solçu liderlərin hədəfində
Kolumbiya prezidenti Petro milyarderi nasist tərəfdarı adlandırıb
-
“... Maskı hökumətə daxil edəcəm”
“Vaxtı olsa, ...”
-
Mask ekoloqları qəzəbləndirib
Peyk görüntüləri 329 hektar ərazidə 500 min ağac kəsildiyini ortaya çıxıb
-
“Seçkilərə müdaxilə edir”
İlon Maskdan “Google”a “Donald” reaksiyası
-
Zavodda işləyən robotlar
İnsanabənzər “Optimus” 34 min manata başa gələcək
-
Mask Kaliforniyanı tərk edir
“Qubernatorun imzaladığı gender qanunu uşaqlar üçün təhlükəlidir”
-
Elon Mask indi də internet sahəsində inqilab etmək istəyir
«SpaceX» şirkəti kosmosa 12 min peyk göndərir
Tənzimləyici sənədlərə əsasən, “Tesla”nın baş icraçı direktoru (CEO) Elon Mask “Twitter”də 9,2 faiz paya sahib olub və təxminən 73,5 milyon səhm alıb. Maskın “Twitter”dəki payı passiv sərmayə hesab olunur, yəni Mask səhmlərin alış və satışını minimuma endirmək istəyən uzunmüddətli investordur.
Son həftələrdə Mask “Twitter”də söz azadlığı və demokratiyanın əsas prinsiplərinə riayət edilməməsi nəticəsində onun pozulması ilə bağlı suallar qaldırıb.
O, həmçinin rəqib sosial media şəbəkəsi yaratmağı da düşünür və sənaye analitikləri tez-tez fikrini dəyişən icraçı direktorun uzun müddət kənarda qalacağına şübhə ilə yanaşır.
“Wedbush Securities”dən Dan Ives müştəri qeydində bildirib ki, “biz bu passiv payı “Twitter”in idarə heyəti ilə daha geniş danışıqların başlanğıcı kimi görürük ki, bu da nəticədə “Twitter”in aktiv payına və potensial daha aqressiv sahiblik roluna gətirib çıxara bilər”.
Bazar ertəsi səhm birjalarının açılışından əvvəl “Twitter”in səhmləri 25 faiz bahalaşıb. “Twitter”də 80 milyondan çox izləyicisi olduğunu deyən Mask rəqib sosial media platforması yaratmaq üçün “ciddi fikirləşdiyini” bildirib. O, “Twitter”dən istifadəsi ilə bağlı maliyyə tənzimləyiciləri ilə dəfələrlə toqquşub.
Keçən ayın əvvəlində Mask federal hakimdən qiymətli kağızlar tənzimləyicilərinin məhkəməyə çağırış vərəqəsini və onun “Twitter”dəki yazılarının əvvəlcədən təsdiqləməli olduğuna dair 2018-ci il məhkəmə razılaşmasının ləğvini xahiş edib.
ABŞ-ın qiymətli kağızlar üzrə tənzimləyiciləri “Tesla” və CEO-nun tvitləri ilə bağlı məhkəməyə çağırmaq üçün qanuni səlahiyyətlərinin olduğunu və Maskın tvitlərinin əvvəlcədən təsdiqlənməsi ilə bağlı 2018-ci il məhkəmə razılaşmasının ləğvi ilə bağlı addımlarının etibarlı olmadığını deyir.
Maskın “Twitter” səhmlərindəki payı ilə bağlı açıqlaması “Tesla Inc”in birinci rüb üçün tədarük göstəricilərini açıqlamasından iki gün sonraya təsadüf edir.
Şirkət bu dövr ərzində 310 000 avtomobil tədarük etdiyi halda, bu rəqəm gözləntilərdən bir qədər aşağı olub.