01:29 | 19 oktyabr 2013 | Şənbə
Məqaləyə 5105 dəfə baxılıb
Şriftin ölçüsü
Peşəkar saç ustasını seçməyin qaydaları
Nələrə diqqət etməli?
xanim.net
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ən yaxşı dodaq boyaları
Aşağı keyfiyyətin göstəriciləri - nəm dənəcikləri, qabarıqlıqlar və xoşagəlməz qoxu
-
Saç ustası seçərkən bir çox məsələlərə diqqət etmək lazımdır.
Göstərilən xidmətlər
Gözəllik salonlarında saç ustaları və vizajistlər bir neçə xidmət növü təklif edirlər. Makiyaj, saç, epilyasiya, manikur, pedikuür və.s kimi baxımların hamısının olduğu salonlar sizin üçün daha əlverişlidir.
Harada olması
Gözəllik salonunun harada olması da diqqət etməli olduğunuz məsələlərdən biridir. Ya evinizə, ya da iş yerinə yaxın olmalıdır. Rahat gedə biləcəyiniz yerdə olması sizin işinizi asanlaşdıracaq.
Qiymət
Saç ustalarının çoxu əl işlərini və peşəkarlığını nəzərə alaraq qiymət qoyurlar. Ancaq tanınmış olmaq hələ peşəkar olduğuna dəlalət etmir. Ustanın sizin üz cizgilərinizi tanıması və sizə yaraşan qulluğu göstərməsi daha vacibdir. Həftənin 3 gününü bahalı salonda keçirirsinizsə, büdcənizə çox günam ki, ziyan dəyəcək. Daha münasib qiymətə işləyən ustanın yanına gedin.
Test edin
Yeni salona getməkdən qorxmayın. İlk dəfə getidyiniz salonda saçınızı kəsdirməyin. Ancaq fenləməyinin heç bir zərəri olmaz. Saçınızın özəlliyini, hansı rəngin dərinizə uyğun olduğunu başa düşən usta yaxşıdır. Saçınızı sizə heç yaraşmayan bir rəngə boyamaq istədiyinizi söyləyərək ustanın qabiliyyətini testdən keçirə bilərsiniz.
Təmizlik
Təmizlik də ən önəmli ünsürlərdən biridir getdiyiniz salonun gigiyenik təlabatlara cavab verməsi çox əhəmiyyətlidir. Salonun təmiz olub-olmasını bilməyin ən yaxşı yolu çanaqlara, dəsmalların olduğu yerə, dolablara baxmaqdır.