vaxtlı-vaxtında oxuyun! Bazar, 8 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
ELM-TEXNİKA  
08:15 | 24 iyul 2024 | Çərşənbə Məqaləyə 200 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zavodda işləyən robotlar

İnsanabənzər “Optimus” 34 min manata başa gələcək

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Elon Mask gələn il şirkətin fabriklərində işə başlayacaq “həqiqətən faydalı insanabənzər robotlar” istehsal edəcək. Hər biri 20 min dollara başa gələcək robotların kütləvi istehsalına 2026-cı ildə başlanacaq.

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla”nın sahibi İlon Mask gələn il şirkətdə daxili istifadə üçün insanabənzər robotlara sahib olacağını açıqlayıb. Mask “X” hesabındakı paylaşımında “Tesla gələn il öz istifadəsi üçün həqiqətən faydalı insanabənzər robotlara sahib olacaq. “Biz 2026-cı ildə başqa şirkətlərə satmaq üçün kütləvi istehsala başlayacağımıza ümid edirik”, – dedi.

***

Mask aprel ayında bildirmişdi ki, “Optimus” adlı robot bu ilin sonuna qədər zavodda işləyə bilər və 2025-ci ilin sonuna qədər satışa hazır ola bilər. O, hər robotun 20 min dollara (təxminən 34 min manat) başa gəlməsini hədəflədiyini deyib.

Mask 2019-cu ildə “bir il ərzində sürücüsüz taksilər (robotaksis) istehsal edəcəklərini” açıqlamışdı. Robotaksisin tətbiqi oktyabr ayına qədər təxirə salınıb.

***

Elektrikli avtomobillərə tələbatın azaldığı bir vaxtda “Tesla” getdikcə süni intellekt, avtonom idarəetmə və robotlar kimi texnologiyalara diqqət yetirir və digər layihələr üzərində də işləyir.

***

Bu yaxınlarda Kannda keçirilən Lions Beynəlxalq Yaradıcılıq Festivalında çıxış edən Mask “Tesla”nın insanabənzər robotu ilə bağlı məqsədlərini müzakirə edib. O, dünyanın “Optimus” robotunu dost kimi görməsini istəyir. 

“Düşünürəm ki, insanlar öz şəxsi “Optimus” robotlarını bir növ dost kimi görməyə başlayacaqlar”,  deyib və onu Ulduz Döyüşlərinin robotu “R2-D2” kimi pop mədəniyyət personajlarına bənzədib.

“Tesla”nın hal-hazırda Optimus-u insana bənzətməyi planlaşdırmadığını izah edərkən Mask zarafatla şirkət robotu “yaxşı görünüşlü” etmək istəyir deyib.

“Tesla” sahibi tam funksional botların geniş tapşırıqları yerinə yetirə biləcəyini və bir ev üçün bir növ şəxsi köməkçi kimi çıxış edə biləcəyini söylədi.

“Siz ondan itinizi gəzdirməyi, evinizə, uşaqlarınıza baxmağı, şam yeməyi bişirməyi, pianoda çalmağı xahiş edə bilərsiniz – bu, ümumiləşdirilmiş bir insanabənzər robotdur”, – deyib.