Elon Mask indi də internet sahəsində inqilab etmək istəyir
«SpaceX» şirkəti kosmosa 12 min peyk göndərir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Maskı soydular
Braziliyalı hakim “X” platformasına tətbiq etdiyi 3 milyon avro cəriməni milyarderin digər şirkətinin bank hesabından çıxarıb
-
Mask solçu liderlərin hədəfində
Kolumbiya prezidenti Petro milyarderi nasist tərəfdarı adlandırıb
-
“... Maskı hökumətə daxil edəcəm”
“Vaxtı olsa, ...”
-
“Seçkilərə müdaxilə edir”
İlon Maskdan “Google”a “Donald” reaksiyası
-
Zavodda işləyən robotlar
İnsanabənzər “Optimus” 34 min manata başa gələcək
-
Mask Kaliforniyanı tərk edir
“Qubernatorun imzaladığı gender qanunu uşaqlar üçün təhlükəlidir”
-
Web-səhifələrin dörddəbiri son on ildə yoxa çıxıb
İnternetdəki məlumatlar nə qədər uzunömürlüdür?
-
Elon Mask “Twitter”də paya sahibləndi
Hadisə sosial şəbəkənin səhmlərinin 25 faiz bahalaşmasına səbəb oldu
Amerikalı milyarder Elon Mask (Elon Musk) bu dəfə İnternet texnologiyaları sahəsində inqilab etmək istəyir. Ucuz kosmik raketlər yaratmağa müvəffəq olandan sonra onun «SpaceX» şirkəti indi də fəzaya 2 sınaq peyki buraxmağı planlayır. Həmin peyklər Yer səthinə çox yüksək sürətli İnternet saçacaq. Sınaq peykləri «Microsat-2a» və «Microsat-2b» adlanır.
Mask uzun müddətdir ki, kosmosa peyklər çıxarmağı və Yer kürəsinin istənilən nöqtəsindəki insanlara naqilsiz internetə çıxış imkanları yaratmaq istəyir.
«SpaceX» şirkəti bu məqsədlə kosmosa 12 min peyk çıxarmağı düşünür.
İlk peyklər gələn il müştərilərə xidmət göstərə biləcək.
Əslində peyk interneti artıq mövcuddur. Amma sürəti aşağı, qiyməti isə çox bahadır.
Buna görə də geniş kütlələr üçün əlçatan deyil.
İndi mövcud olan peyk brodbəndlərindən ucqar bölgələrdə layihələr həyata keçirən qurum və şirkətlər istifadə edir.
Məsələn, təbii fəlakət zonalarında çalışan qurumlar, xilasetmə qrupları 5 Mbps sürətli peyk internetinə gün ərzində yüzlərlə dollar xərcləyə bilərlər.
Gəmiçilik və təyyarə şirkətləri də belə internetdən istifadə edirlər.
Amma «SpaceX» və bir sıra başqa şirkətlər belə xidmətləri demək olar ki, hamı üçün əlçatan etmək istəyirlər. Yəni adi, gündəlik istifadə üçün.
Peyklər Yer səthinə nisbətən yaxın orbit üzrə hərəkət edəcək ki, Yerdəki antenalardan siqnallar həmin peyklərə daha asan çatsın.
Amma bu layihənin tənqidçiləri də var, onlar deyirlər ki, bu qədər qurğu fəzanı daha çox «zibilləyəcək». Bu, kosmosdakı əməliyyatlara, başqa peyklərin, hava gəmilərinin işinə mane ola bilər.
Bu ilin oktyabrında iki amerikalı senator ABŞ-ın dövlət orqanlarına «SpaceX»in planları ilə bağlı narahatlıqlarını ünvanlayıblar.
«Diametri 10 sm olan əşyalarla toqquşma peyklərə böyük xətər toxundura bilər. Diametri 1 sm olan əşya kosmik gəmini sıradan çıxara bilər», - deyə senatorlar Kori Buker (Cory Booker) və Dan Sullivan məktublarında yazırlar.