 
                                Qadın ərini güllələyib, ...
... basdırdığı yerdə güllər əkib
 14:42 | 12 noyabr 2022 | Şənbə
                Məqaləyə 6398 dəfə baxılıb
                
                Şriftin ölçüsü
            					
            	
                14:42 | 12 noyabr 2022 | Şənbə
                Məqaləyə 6398 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                 
                 
                	
                
                 
                                ... basdırdığı yerdə güllər əkib
 
                                Ana olacağı ərəfədə hərəkətə keçdi
 
                                Hamiləlikdə keçirilən qrip körpənin ürəyinə təsir edir
 
                                Milyonçu maliyyəçiyə “işgəncə otağı” ittihamı
 
                                Cənubi Koreyada Çoi Mal-ja bəraət aldı
 
                                Almaniyada menstruasiya icazəsi müzakirəsi
 
                                Günlərinin yarısını su altında keçirən “Haenyeo”lar
 
                                Robot analar insan körpələri dünyaya gətirəcək
 
                                Başqa qadınla yazışdığı üçün ...
 
                                İtlərin Parkinson xəstəliyini iy ilə ayırd edə bildiyi aşkarlandı
 
                                Ən ucuz məhsul ən yüksək qiyməti alıb
 
                                Doğulan uşağın cinsiyyəti ananın yaşı və bəzi genetik amillərlə əlaqəli ola bilər
 
                                Almaniyada tək yaşayanların sayı sürətlə artır
 
                                Aztəminatlı və yaşıllıq olmayan ərazilərdə yaşayanlar üçün risk 2 dəfə çoxdur
 
                                Gecə növbəsində işləyən qadınlar risk altındadır
 
                                Hamilə qadın küçənin ortasında uşaq dünyaya gətirdi
Demokratiya, qadın azadlığı, feminizm çox eybəcərliklər gətirdi. Artıq oğlanların və kişilərin gözündə qadın, qız öz ülviliyini, məchulluğunu, cazibəsini, şəxsiyyətini itirib yalnız xarici görünüşdən, bədəndən, cinsəllikdən ibarət gəlinciyə, robota çevrilib.
Qadın bədənı təbii ehtiyacları ödəmək üçün vasitə deyil! Niyə cəmiyyət və Qadın bununla razılaşıb?
Qadını Allah bütövlükdə həyat (fiziki, mənəvi, əqli, ruhi həyat) yaratmaq üçün xəlq edib, maddi dünyada Onu əvəzləmək üçün yaradıb. Maddi dünyanın Ruh mənbəyi kimi yaradıb.
Bəla orasıdır ki, qızlarımız da bunu qəbul edib, elə yalnız əndam olmağa çalışırlar.
Bu və digər formada bütün fikirləri əndam düzəltməyə yönəlib.
Dietoloğiya, çərrahiyyə, fitnes , idman, kosmetologiya, bərbərxana, geyim, depilyasiya, silikonlaşma və s. əsas məsələ olub. Bu qədər əziyyətlə və böyük vəsaitə yaradılan bədən isə əlbəttə nümayiş, şou və bazara çıxarılmaq üçündür.
Küçədə, restoranlarda, toylarda qız-gəlin əvəzinə daha çox hərəkətli gəlinciklər, moda , kosmetika mağazalarının vitrinlərini görürük.
Eyni paltarı geyinməyə dözməyən qadınların əksəriyyətinin sifətləri eynidir.
Tam deqradasiya gedir.
Azadlıq? Yox, azadlıq adı altında mənəvi anarxiya!
Mənəviyyatın deqradasiyası.
Mənəvi çürümə gedir.
Azadlıq əslində parıltıdan azad, uzaq , sadə, rahat olmaqdır.
Üstü bəzək, altı təzək – Azadlıq demək deyil.
Qadını səcdəyə layiq olmayan cəmiyyət məhvə məhkumdur.
Silikona səcdə?!
Təəssüf və ağrı ilə yazdım.
Əlbəttə içlərində hələ səviyyəli qız, gəlinimiz də var.
Əvvəl deyərdik ki, içərisində pisləri də olur.
İndi içlərində yaxşıları da olur deyirik.