vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DƏB  
10:48 | 9 iyul 2022 | Şənbə Məqaləyə 5013 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dikdaban və kosmetika yasaqları

İranda qadınlara “hicaba riayət etmək” qaydaları sərtləşdirilir

MÖVZU İLƏ ƏLAQƏLİ

İran hökumətinin “hicaba riayət etməmək” adı altında ölkədə qadınlara qarşı bir sıra qadağalar hazırlayıb.

Yerli sosial şəbəkə istifadəçilərinə məlumatlarına görə, İran Millət Bankı təlimat hazırlayaraq ora gələn xanımların dikdaban ayaqqabı və nazik corab geyinməsini, qeyri-adi zinət əşyaları taxmasını, habelə kişi müdirlərin qadın katiblərdən istifadə etməsini qadağan edib.

“Dideban-e İran” xəbər agentliyinin dərc etdiyi həmin xəbərdarlıq məktubuna görə, dövlət idarələrində çalışan xanımlar baş yaylığından əlavə, sinələrini və saçlarını tam şəkildə örtəcək örpəklərdən də istifadə etməlidirlər.

Qeyd edək ki, son günlərdə sosial mediada İranın bir çox şəhərlərində əxlaq polisi və könüllü “Bəsic” qüvvələrinin xanımlara guya hicaba düzgün riayət etməmələri ilə bağlı müdaxilələr etməsinə və İran qadınlarının onlara sərt reaksiya verməsinə dair videolar yayılıb. (Lent.az)