Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
11:53 | 11 avqust 2018 | Şənbə
Məqaləyə 2786 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
ABŞ Dövlət Departamenti Xəzərin hüquqi statusuna dair sabah Qazaxıstanın Aktau şəhərində imzalanacaq Konvensiyanı şərh etmək istəmir. Virtualaz.org xəbər verir ki, bu barədə Dövlət Departamentinin energetika üzrə bürosunun nümayəndəsi Vinsent Kampos “RİA Novosti” agentliyinə bildirib. Agentliyin sualı Konvensiyanın Avropaya qaz təchizatının şaxələndirilməsi situasiyanı mümkün təsirləri barədə olub.
“Hər hansı şərh vermək erkən olardı, çünki razılaşmanın detalları bizə məlum deyil”, - Dövlət Departamentinin nümayəndəsi bildirib.
Bundan əvvəl kremlin mətbuat xidməti Aktauda Xəzərynı ölkələrin dənizin hüquqi statusuna dair konvensiyanı imzalayacaqlarını təsdiq edib. Konvensiya üzərində iş 1996-cı ildən bəri davam edirdi.
Sənədin paraflanmış variantı bir qədər əvvəl mətbuata sızdırılmışdı. Və sənədə əsasən dənizin dibindən neft-qaz kəmərlərinin çəkilməsi üçün sahilyanı ölkələrin hamısının deyil, kəmərin keçdiyi sektorların mənsub olduğu ölkələrin razılığı lazımdır. Lakin konvensiyaya əlavə protokolda Xəzərin dibindən çəkiləcək kəmərlərin ekoloji situasiyaya təsirlərinin bütün sahilyanı ölkələr tərəfindən razılaşdırılması nəzərdə tutulur. Başqa sözlə, Transxəzər qaz kəməri layihəsi üçün hər halda Rusiya və İrandan razılıq almaq lazım gələrdi.
Sammit ərəfəsində Aktauya gedən və hazırlıq işləri ilə maraqlanan Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, bütün məsələlər razılaşdırılıb və avqustun 12-də “tarixi qərar” qəbul ediləcək. Nazarbayevin Xəzərin statusuna dair “mürəkkəb danışıqların” 20 ildən çoxdur davam etdiyini xatırladıb.