vaxtlı-vaxtında oxuyun! Cümə, 4 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AVTO  
18:02 | 5 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 118 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“BMW”-“Toyota” işbirliyi

İlk hidrogen avtomobili 2028-ci ildə buraxıla bilər

FATEH

MÖVZU İLƏ ƏLAQƏLİ

Alman avtomobil istehsalçısı “BMW Group”, Yaponiyanın “Toyota Motor” şirkəti ilə birlikdə 2028-ci ildə hidrogenlə işləyən ilk avtomobilinin kütləvi istehsalına başlamağı hədəflədiyini açıqladı.

“BMW Group”un verdiyi açıqlamada, iki markanın yeni nəsil hidrogen yanacaq hüceyrəsi texnologiyasını (FCEV) birgə inkişaf etdirməyə razılaşdıqları bildirilib.

Açıqlamada, satınalma və inkişaf sahəsində əməkdaşlığın böyük həcmdə istehsala imkan yaradacağı və xərclərin azaldacağı bildirilsə də, “BMW”-nin hansı modelinin hidrogen avtomobili kimi təklif ediləcəyi barədə məlumat verilməyib.

Digər tərəfdən, hidrogenlə işləyən avtomobillər tez yanacaq doldura bilir və tam elektriklə işləyən avtomobillərdən daha uzun məsafəyə malikdir. Lakin yüksək xərclər və məhdud yanacaqdoldurma məntəqələri şəbəkəsi səbəbindən çox az avtomobil istehsalçısı bu texnologiyaya sərmayə qoyur.

Bərpa olunan enerjilər daha geniş yayıldıqca yaşıl hidrogenin mövcudluğunun artacağı və qiymətlərin aşağı düşəcəyi gözlənilir.

Bu gün dünyada 1000 hidrogen yanacaqdoldurma məntəqəsi var. Avropada 2030-cu ilə qədər hidrogen üçün 400-ə yaxın yeni yanacaqdoldurma məntəqəsinin tikilməsi planlaşdırılır.

“BMW”, hidrogen doldurma infrastrukturunun 2028-ci ilə qədər əhəmiyyətli dərəcədə yaxşılaşacağını hesablayır. “BMW AG”-nin Direktorlar Şurasının sədri Oliver Zipse məsələni dəyərləndirərkən “Toyota” ilə hidrogen texnologiyası üzrə layihəni “avtomobil tarixində dönüş nöqtəsi” kimi xarakterizə edib.

“Hidrogenlə işləyən və əməkdaşlığımızın ruhu ilə idarə olunan bu avtomobil texnoloji tərəqqinin gələcəyin hərəkətliliyini necə formalaşdırdığının xəbərçisi olacaq”, – Zipse bildirib.